Elə qol vurdu ki,...

Elə qol vurdu ki,...

Elə qol vurdu ki,...

Avropa Çempionatında bu günün ilk qarşılaşmasında Şotlandiya və Çexiya milliləri üz-üzə gəliblər. Alman Daniel Seibertin fit çaldığı matçda ilk qol 42-ci dəqiqəyə təsadüf edib. Patrick Shick sağ cinahdan ötürülən pası düzgün baş zərbəsi ilə qapıya göndərməyi bacarıb. İlk hissə elə bu hesabla bitib. İkinci hissəyə hücumlarla başlayan Şotlandiya millisi, çox keçməyib ki, ikinci qolu qapısında görüb. Bu dəfə də Patrick Shick rəqib qapını doğru nişan alıb. Çex futbolçu elə qol vurdu ki, bəlkə də, sonda Çempionatın ən yaxşı qolu seçiləcək. Qapıçı Marshallın öndə olduğunu görən hücumçu meydanın mərkəz hissələrindən aşırma zərbə ilə onu cəzalandırdı. 
Qeyd edək ki, qrupun digər matçı dünən İngiltərə və Xorvatiya milliləri arasında baş tutmuşdu və ingilislər Sterlingin vurduğu yeganə qolla qalib gəlmişdilər. 


Müəllif : Farid Rasul

Şərhlər (0)

Həmçinin oxu

Dünya Futbolu
Ronaldo:
Ronaldo: "Messi bir nömrədir"
“Əlbəttə ki, Messi bir nömrədir. Biz 20 və ya 30 il gözləməliyik ki, bənzər futbolçu görək”. Qolat.com-un məlumatına görə, bunu Braziliya millisinin sabiq futbolçusu...
Dünya Futbolu
Əlcəzair 29 ildən sonra Afrika çempionu oldu
Əlcəzair 29 ildən sonra Afrika çempionu oldu
Misirdə keçirilən Afrika Millətlər Kubokuna yekun vurulub.  Qolat.com-un məlumatına görə, yarışın son günündə final oyunu keçirilib.  Həlledici görüşdə...
Dünya Futbolu
PSJ ardıcıl 3-cü dəfə Fransa çempionu oldu
PSJ ardıcıl 3-cü dəfə Fransa çempionu oldu
Futbol üzrə Fransa çempionu müəyyənləşib. Qolat.com-un məlumatına görə, PSJ Liqa1-in çempionu adına yiyələnib. Paris təmsilçisi XXXIII tur çərçivəsində...
Digər idman növləri
Növbəti Stolüstü Tennis Turnirimiz gəlir!
Növbəti Stolüstü Tennis Turnirimiz gəlir!
QOLAT Sport Services olaraq 2020-ci ilə böyük hədəflərlə başladıq. İlk rəsmi əməkdaşlıq MARSOL - Partners & Business üzvlüyünə qəbul olunduq. Marsol MMC 2017-ci ildən...