Klublararası dünya çempionatının püşkü atıldı

Klublararası dünya çempionatının püşkü atıldı

Klublararası dünya çempionatının püşkü atıldı

Futbol üzrə klublararası dünya çempionatının püşkü atılıb.

Qolat.com-un məlumatına görə, dekabrın 11-21-də Qətərdə təşkil olunacaq yarışın püşkatması İsveçrənin Sürix şəhərində baş tutub.

7 klubun mübarizə aparacağı turnir yerli “Əl-Sədd” və Yeni Kaledoniya təmsilçisi “Yeqen Sport” arasında matçla başlayacaq.

Qalib komanda 1/4 finalda Meksikanın “Monterrey” klubu ilə üz-üzə gələcək. Bu mərhələnin digər görüşündə Tunis “Esperans”ı Asiya Çempionlar Liqasının hələ dəqiqləşməyən qalibi ilə görüşəcək. Bu komandanın adı noyabrda bilinəcək.

Avropanın ən güclüsü “Liverpul” yarımfinaldan mübarizəyə qoşulacaq. İngiltərə təmsilçisi 1/4 finalın 1-ci cütünün qalibi ilə qarşılaşacaq.

Cənubi Amerikanı təmsil edəcək Libertadores kubokunun qalibinin rəqibi Afrika və Asiya klublarının duelində qalib gələn tərəf olacaq.

Qeyd edək ki, klublararası dünya çempionatının son qalibi İspaniya “Real”ı olub.


Müəllif : Qolat.com

Şərhlər (0)

Həmçinin oxu

Dünya Futbolu
"Arsenal" Bakıda
Mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək UEFA Avropa Liqasının finalçılarından biri bu gün paytaxtımıza gəlib. Qolat.com-un məlumatına görə, İngiltərənin London şəhərini...
Ölkə Futbolu
Prosineçki
Prosineçki "Qarabağ"ın sabiq qapıçısı ilə İbrahimoviçi səhv saldı
Bosniya və Herseqovina millisinin baş məşqçisi Robert Prosineçki "Qarabağ"ın sabiq qapıçısı İbrahim Şehiçlə ABŞ-ın "Los-Anceles Qelaksi" klubunda çıxış...
Ölkə Futbolu
"Qəbələ"nin sabiq baş məşqçisi dünyanın ən yaxşı futbolçularının siyahısında
"FourFourTwo" portalı son 25 ildə dünyanın 101 ən yaxşı futbolçusunun reytinq siyahısını tərtib edib. Qolat.com-un məlumatına görə, 21 - 101-ci yerləri tutanların adları artıq...
Dünya Futbolu
Messi zədələndi
Messi zədələndi
"Barselona" ciddi itkiylə üzləşib. Qolat.com-un məlumatına görə, komandanın kapitanı Lionel Messi zədələnib. Argentinalı hücumçu komandanın ABŞ təlim-məşq toplanışında...