“Qarabağ” Avropa Liqasının qrup mərhələsində

“Qarabağ” Avropa Liqasının qrup mərhələsində

“Qarabağ” Avropa Liqasının qrup mərhələsində

Azərbaycan çempionu “Qarabağ” Avropa Liqasının qrup mərhələsinə yüksəlib.

Qolat.com-un məlumatına görə, Qurban Qurbanovun yetirmələri qrupa vəsiqəni pley-off mərhələsinin “Linfild”lə duelində qazanıblar.

Ötən həftə səfərdə 2:3 hesabı ilə uduzan Ağdam təmsilçisi bu gün Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən qarşılaşmada məğlubiyyətin əvəzini çıxa bilib.

Xayme Romeronun erkən qolu “Qarabağ”ı önə çıxarıb. Abdullah Zubir isə görüşün sonlarında ikinci qolu vurub. Artırılma dəqiqələrdə Şeyn Leyverinin dəqiq zərbəsi isə təsəllidən başqa bir şey olmayıb. 

“Linfild” üzərində 2:1 hesablı qələbə “Qarabağ”a ardıcıl 6-cı dəfə avrokubokların qrupunda oynamaq imkanı verib. 2014/15, 2015/16, 2016/17 və 2018/19 mövsümlərində olduğu kimi yenə Avropa Liqasının qrupunda oynayacaq ağdamlılar 2017/18 mövsümündə Çempionlar Liqasının ən güclüləri sırasında mübarizə aparıb.


Müəllif : Qolat.com

Şərhlər (0)

Həmçinin oxu

Dünya Futbolu
Həftənin transfer xəbərləri - Siyahı
Həftənin transfer xəbərləri - Siyahı
Qolat.com həftənin transfer xəbərlərini təqdim edir: "Brügge" "Liverpul"dan 7 milyon avroya qapıçı Simon Minyoleni transfer edib. "Roma" Naço Fernandez...
Ölkə Futbolu
"Arsenal"-"Neftçi" matçında anşlaq gözlənilir
Rusiyanın Tula şəhərində "Arsenal" və "Neftçi" komandaları arasında keçiriləcək Avropa Liqasının II təsnifat mərhələsinin ilk görüşündə tribunaların tam...
Ölkə Futbolu
"Neftçi" Avropa Liqası ilə vidalaşdı
Bakının “Neftçi” klubu növbəti avrokubok oyununu keçirib. Qolat.com-un məlumatına görə, Azərbaycan təmsilçisi Avropa Liqasının III təsnifat mərhələsində cavab...
Dünya Futbolu
İran futbolunda 38 illik qadağa aradan qaldırılır
İran futbolunda 38 illik qadağa aradan qaldırılır
İran Futbol Federasiyası qadınların 2022-ci il dünya çempionatının oyunlarını tribunadan izləməsinə razılıq verib. Milli assosiasiyanın rəhbəri Medi Taca FIFA prezidentu Canni İnfantinonun...