"Qarabağ" Çempionlar Liqası ilə vidalaşdı

"Qarabağ" Çempionlar Liqası ilə vidalaşdı

Azərbaycan çempionu “Qarabağ” bu gün növbəti avrokubok oyununu keçirib.

Qolat.com-un məlumatına görə, Ağdam təmsilçisi Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyununa çıxıb.

Qurban Qurbanovun yetirmələri Kiprin APOEL klubu ilə üz-üzə gəliblər. Səfərdə 2:1 hesabı ilə qalib gələn təmsilçimiz rəqibini Tofiq Bəhramov adına Respublika stadionunda qəbul edib.

Mövsümdə ilk dəfə bu arenada meydana çıxan “Qarabağ” bu yay keçirdiyi 5 avrokubok matçında uduzmasa da, bu dəfə məğlubiyyətə üzülüb. Ağdam klubu zəif başladığı oyunun 34-cü dəqiqəsində qapısında qol görüb. Rəqibin kapitanı Tomas De Vinsenti penaltini dəqiq yerinə yetirib. İlk hissə qonaqların 1:0 hesablı üstünlüyü ilə yekunlaşıb. 

İkinci 45 dəqiqə "Qarabağ"ın hücumları ilə başlayıb. Lakin son nöqtəni qoyan olmayıb. Azarkeşlərin dəstəyi də Qurban Qurbanovun komandasına kömək etməyib. Kiprlilər 68-ci dəqiqədə daha bir dəfə fərqlənərək, 2 top fərqi ilə önə keçiblər. 

Riçard Almeydanın da ikinci sarı vərəqəyə görə meydandan kənarlaşdırıldığı matç "Qarabağ"ın 0:2 hesablı məğlubiyyəti ilə başa çatıb. Ümumi hesabda 2:3 hesabı ilə uduzan Azərbaycan çempionu Çempionlar Liqası ilə vidalaşıb. 

Buna baxmayaraq, təmsilçimiz avrokubokda mübarizəni davam etdirəcək. "Qarabağ" Avropa Liqasının pley-offunda qüvvəsini sınayacaq. Burada rəqibimiz isə “Sutyeska” – “Linfild” cütünün qalibi olacaq. 

Çempionlar Liqası
III təsnifat mərhələsi, cavab oyunu
Çempionlar yolu
13 avqust
20:30. “Qarabağ” (Azərbaycan) - APOEL (Kipr) - 0:2

QOLLAR: De Vinsenti, 34, Uroş Matiç, 68
Baş hakim: Daniel Siebert (Almaniya)
Qarabağ: 13. Vaqner da Silva, 3. Aylton Silva, 4. Rahil Məmmədov, 5. Maksim Medvedev, 6. Simeon Slavçev, 8. Miçel, 9. Xayme Romero, 11. Mahir Emreli, 14. Rəşad Sadıqov (k), 17. Abdullah Zubir, 20. Riçard Almeyda.
Ehtiyat oyunçular: 12. Şahruddin Məhəmmədəliyev, 2. Qara Qarayev, 7. Araz Abdullayev, 10. Dani Kintana, 23. Faysal Rerras, 30. Abbas Hüseynov, 99. Queye Maqaye.
Baş məşqçi: Qurban Qurbanov.
APOEL: 27. Vid Belets, 6. Savvas Gentoqlu, 10. Tomas De Vinsenti (k), 11. Musa Süleyman, 13. Kevin Lafrans, 14. Uroş Matiç, 20. Andriya Pavloviç, 30. Giorqos Merkis, 44. Nkolas İoannou, 89. Roman Bezyak, 91. Draqan Mixayloviç
Ehtiyat oyunçular: 99. Boy Vaterman, 8. Lukas Souza, 9. Linus Hallenius, 34. Lukas Kaloqirou, 46. Statis Aloneftis, 70. Antonio Yakoliş, 71. Andre Cuna Vidiqal 
Baş məşqçi: Tomas Doll
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu
İlk oyun – 2:1


Müəllif : Qolat.com

Şərhlər (0)

Həmçinin oxu

Dünya Futbolu
Çempionlar Liqasının təqvimi açıqlandı - Tam siyahı
Çempionlar Liqasının təqvimi açıqlandı - Tam siyahı
Çempionlar Liqasında qrup mərhələnin təqvimi açıqlanıb. Qolat.com-un məlumatına görə, UEFA qitəni ən nüfuzlu klub turnirinin oyunlarının vaxtını müəyyənləşdirib. 8 qrupda...
Dünya Futbolu
“Real” “Barselona”nın sabiq futbolçusunu transfer etdi
“Real” “Barselona”nın sabiq futbolçusunu transfer etdi
İspaniyanın “Real” klubu növbəti transferini rəsmiləşdirib. Qolat.com-un məlumatına görə, Madrid təmsilçisi yaponiyalı Takefusa Kubonu heyətinə qatıb. 18 yaşlı...
Dünya Futbolu
Qrizmanın
Qrizmanın "Barselona"ya keçidi ilə bağlı araşdırma başladı
Fransa milli komandasının futbolçusu Antuan Qrizmanın İspaniya təmsilçiləri“Atletiko”dan “Barselona”ya keçidi ilə bağlı araşdırma başlanıb. Qolat.com-un məlumatına...
Digər idman növləri
Qış Olimpiya Oyunlarının rəsmi maskotu təqdim olundu
Qış Olimpiya Oyunlarının rəsmi maskotu təqdim olundu
2022-ci ildə Çinin paytaxtı Pekində keçiriləcək Qış Olimpiya Oyunlarının maskotu təqdim olunub.  Qolat.com-un məlumatına görə maskot "Bing Dwen Dwen" adlı...