"Real Madrid" Neymara illik 40 milyon avro məvacib təklif edib

"Real Madrid" Neymara illik 40 milyon avro məvacib təklif edib

İspaniyanın "Real Madrid" klubunun Fransa PSJ-sində çıxış edən Neymara təklif etdiyi illik məvacib bəlli olub.

Qolat.com-un məlumatına görə, Madrid təmsilçisinin prezidenti Florentino Peres 27 yaşlı hücumçuya 5 illik sözləşmə ilə illik 40 milyon avro təklif edib. Bildirilib ki, braziliyalı oyunçu hələ ki, bu təklifə cavab verməyib. 

İspaniyanın digər nəhəng klubu "Barselona"nın isə Neymar üçün klubuna 250 milyon avro təklif etdiyi iddia olunur. Ulduz futbolçu "Real Madrid"in təklifinə müsbət cavab versə, Messidən sonra ən çox məvacib alan oyunçu olacaq. 

Qeyd edək ki, Neymar iki il əvvəl “Barselona”dan PSJ-yə rekord məbləğə - 222 milyon avroya keçib. Onun Paris klubu ilə müqaviləsi 2022-ci ilədək qüvvədədir. Neymar daha öncə Paris klubunun rəhbərliyinə ayrılmaq istədiyini bildirib. 


Müəllif : Qolat.com

Şərhlər (0)

Həmçinin oxu

Dünya Futbolu
Şenol Günəşə 7 milyonluq təklif
Şenol Günəşə 7 milyonluq təklif
Son zamanlar "Beşiktaş"dan ayrılacağı ilə bağlı söz-söhbətlər dolaşan Şenol Günəş üçün növbəti iddia ortaya atılıb. Qolat.com xəbər verir ki,...
Dünya Futbolu
ÇL-də həftənin komandası
ÇL-də həftənin komandası
UEFA Çempionlar Liqasının həftənin rəmzi komandasını açıqlayıb. Qolat.com xəbər verir ki, simvolik yığmada aşağıdakı futbolçular yer alıb: Qapıçı: Ederson Moraeş...
Dünya Futbolu
Braziliyadan gözlənilməz heç-heçə
Braziliyadan gözlənilməz heç-heçə
Qolat.com xəbər verir ki, DÇ-da 4-cü günə yekun vurulub. Günün son oyununda Braziliya və İsveçrə yığmaları qarşılaşıblar. Braziliya – İsveçrə -...
Dünya Futbolu
“Real” və “Xetafe”dən inamlı qələbə - İcmal
“Real” və “Xetafe”dən inamlı qələbə - İcmal
İspaniya La Liqasında XXXIII tura yekun vurulub. Qolat.com-un məlumatına görə, turun son günündə 5 qarşılaşma keçirilib. “Real” öz meydanında “Atletik”i...