AVRO-2020: Millimiz yenə uduzdu

AVRO-2020: Millimiz yenə uduzdu

AVRO-2020: Millimiz yenə uduzdu

AVRO-2020-nin seçmə mərhələsində III turun oyunları keçirilb.

Qolat.com-un məlumatına görə, E qrupunda mübarizə aparan Azərbaycan milli komandası növbəti qarşılaşmasına çıxıb.

Final mərhələsi Avropanın 12 şəhərində, o cümlədən, Bakıda keçiriləcək yarışa vəsiqələr uğrunda mübarizə aparan yığmamız Macarıstanla üz-üzə gəlib. Bu, komandamızın tsikldə ikinci görüşü olub.

Komandamız bu seçmə mərhələdə ilk ev oyununda ilk xalını qazanmağa çalışsa da, bunu bacarmayıb. Qarşısına AVRO-2020-nin final mərhələsinə yüksəlmək vəzifəsi qoyulan yığmamız yenə də azarkeşləri məyus edib. 

Matçdan öncə UEFA-nın sabiq prezidenti Lennart Yuhanssonun xatirəsi yad olunub. Bir dəqiqəlik sükutdan sonra oyunun start fiti verilib. 

Görüşdə hesabı Villi Orban açıb. O, 18-ci dəqiqədə fərqlənməklə, komandasının fasiləyə öndə çıxmasını təmin edib. Almaniyanın "Leypsiq" klubunda çıxış edən futbolçu ikinci hissədə də standart vəziyyətdən qapımıza yol tapıb. Bundan sonra Mahir Emreli fərqi azaltsa da, sevincimiz cəmi 1 dəqiqə çəkib. David Holman yenidən fərqi iki topa çatdırıb - 1:3. 

Rəqibin baş məşqçisi Marko Rossi oyunun sonlarında texniki zonadan uzaqlaşdırılsa da, qarşılaşma elə bu hesabla yekunlaşıb. Nəticədə N.Yurçeviçin komandamızın “sükanı arxası”nda ilk xalını qazanması da mümkün olmayıb.

Qeyd edək ki, qrupumuzun digər oyununda Xorvatiya Uelslə üz-üzə gəlib. Son dünya çempionatının gümüş mükafatçısı rəqibinə 2:1 hesabı ilə qalib gəlib.


Müəllif : Qolat.com

Şərhlər (0)

Həmçinin oxu

Dünya Futbolu
“Mançester Siti”, “Trabzonspor”, “Milan” qalib gəldi, “Lester” məğlub oldu - İcmal
“Mançester Siti”, “Trabzonspor”, “Milan” qalib gəldi, “Lester” məğlub oldu - İcmal
Türkiyə Super Liqasında XXXI tura yekun vurulub. Qolat.com-un məlumatına görə, turun son günündə iki oyun keçirilib. Hər iki oyunda 6 qol qeydə alınıb. “Trabzonspor” evdə...
Ölkə Futbolu
Milli komanda yenə də...
Milli komanda yenə də...
Dünya Çempionatının seçmə mərhələsinin A qrupunda milli komandamız növbəti oyununu keçirib.  İrlandiya səfərindən 1 xalla dönən yığma komanda bu dəfə Portuqaliya...
Ölkə Futbolu
Azad Rəhimov: “Bakı Avropa Liqasının final oyununa hazırdır”
Azad Rəhimov: “Bakı Avropa Liqasının final oyununa hazırdır”
“Daha öncə Avropa Oyunları, İslam Həmrəyliyi Oyunları və “Formula-1” kimi böyük yarışlara ev sahibliyi etmişik. Amma Bakıda belə önəmli futbol oyunu ilk dəfə təşkil...
Dünya Futbolu
Polis Neymarın telefonunu müsadirə etdi
Polis Neymarın telefonunu müsadirə etdi
Braziliya polisi təcavüzdə günahlanıdırılan milli komandanın və PSJ-nin futbolçusu Neymarı məhkəməyə çağıraraq onun telefonunu müsadirə edib.  Qolat.com-un məlumatına...