Eden Azar "Real Madrid"də

Eden Azar

Eden Azar "Real Madrid"də

İngiltərənin "Çelsi" klubunun futbolçusu Eden Azar İspaniya "Real Madrid"inə transfer olub.

Qolat.com-un məlumatına görə, belçikalı yarımmüdafiəçi ilə 5 illik müqavilə imzalanıb.

Bildirilir ki, 28 yaşlı cinah oyunçusu tezliklə tibbi müayinədən keçəcək. Sözləşmə şərtləri açıqlanmasa da, mətbuatda bu transferin "Real Madrid"ə 100 milyon avroya başa gəldiyi yazılıb.

Azar 2018/2019-cu illər mövsümündə Premyer Liqada 37 oyuna 16 qol vurub və 15 məhsuldar ötürmə edib. O, "Çelsi"nin Bakıda "Arsenal"ı 4:1 hesabı ilə məğlub etdikləri final qarşılaşmasında isə "dubl" edib.

Peşəkar karyerasına 2007-ci ildə Fransa "Lill"ində başlayan Eden Azar 2012-ci ildə "Çelsi"yə keçib. O, kapitanı olduğu Belçika millisində 100 oyuna 30 qol vurub.


Müəllif : Qolat.com

Şərhlər (0)

Həmçinin oxu

Dünya Futbolu
İbrahimoviç:
İbrahimoviç: "Mən "Mançester Siti" klubundan daha böyüyəm"
"Mançester Siti" azarkeşlərinin sosial şəbəkələrdə Zlatan İbrahimoviçii istəmədiklərini bildirmələrinə tanınmış futbolçu özünəməxsus şəkildə cavab...
Dünya Futbolu
MNM fərq yarada biləcək?
MNM fərq yarada biləcək?
Futbol tarixində müəyyən dönəmlərdə mükəmməl hücum üçlüləri fərq yaradıb.  İstər 2000-lərdən öncə, istərsə də 2000-lərdən sonra bu üçlülər...
Dünya Futbolu
“Barselona” 115 milyonluq transferə hazırlaşır
“Barselona” 115 milyonluq transferə hazırlaşır
İngiltərə millisinin futbolçusu Markus Reşford karyerasını İspaniyada davam etdirə bilər. Qolat.com-un məlumatına görə, “Mançester Yunayted”in 22 yaşlı hücumçusu...
Dünya Futbolu
Millətlər Liqasının finalını kim idarə edəcək?
Millətlər Liqasının finalını kim idarə edəcək?
Millətlər Liqasının final oyununun hakimləri açıqlanıb. Qolat.com-un məlumatına görə, UEFA həlledici qarşılaşmaya ispaniyalı baş hakim təyin edib. İyunun 9-da Portu şəhərində...