Neymar ağladı

Neymar ağladı

Braziliya milli komandasının futbolçusu Neymar Qətərlə yoldaşlıq görüşü zamanı zədələnib.

Qolat.com-un məlumatına görə, 27 yaşlı hücumçu ayaq biləyindən xəsarət alaraq 21-ci dəqiqədə meydanı tərk edib. Bu zaman göz yaşlarına hakim ola bilməyən Fransa PSJ-sinin forvardı paltardəyişmə otağına tibbi personalın köməyi ilə yollanıb. Stadionu isə o, qoltuq ağacları ilə tərk edib. Tibbi müayinə nəticəsində Neymarın ayaq biləyinin bağlarını qırdığı və 15 iyun - 7 iyulda keçiriləcək Amerika Kubokunu buraxacağı müəyyənləşib.

Bu itkiyə rəğmən, Braziliya yığması Qətərə 2:0 hesabı ilə qalib gəlib. Oyunda İngiltərə "Everton"unun yarımmüdafiəçisi Riçarlison 16-cı dəqiqədə hesabı açıb. "Mançester Siti"nin forvardı Qabriel Jezus isə bundan 8 dəqiqə sonra yekun nəticəni müəyyənləşdirib.

Qeyd edək ki, 2018/2019 mövsümündə Neymar 28 oyuna 23 qol vurub.


Müəllif : Qolat.com

Şərhlər (0)

Həmçinin oxu

Dünya Futbolu
İlin ən yaxşı bombardirləri - Siyahı
İlin ən yaxşı bombardirləri - Siyahı
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) 2019-cu ilin ən yaxşı bombardirlərinin siyahısını açıqlayıb. Qolat.com-un məlumatına görə, cədvəldə ilin ilk dörd ayında...
Dünya Futbolu
PSJ mövsümdə ilk məğlubiyyətini aldı
PSJ mövsümdə ilk məğlubiyyətini aldı
Fransa Liqa1-də II tur başa çatıb. Qolat.com-un məlumatına görə, turun son günündə 3 qarşılaşma keçirilib. Ötən mövsümün çempionu PSJ səfərdə...
Dünya Futbolu
İngiltərə kubokunun finalında darmadağın
İngiltərə kubokunun finalında darmadağın
İngiltərə kubokunda 2018/19 mövsümünə yekun vurulub. Qolat.com-un məlumatına görə, turnir “Uembli” stadionunda keçirilən “Mançester Siti” –...
Dünya Futbolu
"Barselona"dan Messiyə müddətsiz müqavilə təklifi
“Barselona” komandanın kapitanı Lionel Messiyə karyerasının sonuna qədər müqavilə təklif edib. Qolat.com-un məlumatına görə, Kataloniya təmsilçisi 32 yaşlı hücumçu ilə...