Bugünkü oyun finalçılardan başqa kimləri maraqlandırır?

Bugünkü oyun finalçılardan başqa kimləri maraqlandırır?

Bugünkü oyun finalçılardan başqa kimləri maraqlandırır?

Bugünkü AL finalı tək İngiltərəni deyil, eyni zamanda, İngiltərədən başqa daha 4 ölkənin mükafatçılarını (Avrokuboklara vəsiqə sahiblərini) maraqlandırır.

Belə ki, "Çelsi"nin qalib olacağı təqdirdə Fransa 3-cüsü "Olympique Lyonnais" ÇL 3-cü təsnifatdan birbaşa ÇL qrup mərhələsinə yüksəldiləcək. Onun yeri boş qaldığından Türkiyə və Avstriya vitse-çempionları isə uyğunluğu ilə "Başakşehir" və "LASK Linz" ÇL 2-ci təsnifatından 3-cü təsnifatına yüksəldiləcəklər.

Bu dəyişmələr Niderland vitse-çempionu "PSV Eindhoven"i ÇL 2-ci təsnifat mərhələsində səpələnmişlər səbətindən səpələnməmişlər səbətinə atmış olacaq. Niderland çempionu "Ayaks" ÇL-də 3-cü səbətdən 2-ci səbətə yüksələcək.

"Arsenal" qalib gələcəyi təqdirdə isə İngiltərə ÇL-qruplarına birbaşa 5 klubla qatılacaq. AL-qrupalarında isə "Arsenal"ın yeri boş qaldığından Çexiya kubokunun sahibi "Sparta" AL-da 3-cü təsnifatdan birbaşa AL qrupuna yüksəldiləcək. İtaliya kubokunun sahibi "Latsio" isə AL qruplarında 2-ci səbətdən birinci səbətə yüksələcək. Belarus təmsilcisi "Dinamo Minsk" isə AL-3-cü təsnifatda səpələnməmişlər səbətindən səpələnmişlər səbətinə yüksələcək. Rusiya təmsilcisi "Spartak" AL 4-cü təsnifatda səpələnməmişlər səbətindən səpələnmişlər səbətinə yüksələcək.

Oyun bütün bu klubları yaxından maraqlandırdığı üçün onların təmsilcilərinin gözləri bu finalda olacaq.


Müəllif : Qolat.com

Şərhlər (0)

Həmçinin oxu

Ölkə Futbolu
“Neftçi”nin oyunu yarımçıq dayandırıldı
“Neftçi”nin oyunu yarımçıq dayandırıldı
Bakının “Neftçi” klubunun Türkiyədəki təlim-məşq toplanışı çərçivəsində ikinci oyunu yarımçıq qalıb. Qolat.com-un məlumatına görə,...
Dünya Futbolu
Çempionlar Liqasında turun futbolçusu adına 4 namizəd - Siyahı
Çempionlar Liqasında turun futbolçusu adına 4 namizəd - Siyahı
Çempionlar Liqasında qrup mərhələsinin ilk turun ən yaxşı futbolçusu adına namizədlər açıqlanıb. Qolat.com-un məlumatına görə, baş tutan 16 qarşılaşmadan sonra UEFA...
Ölkə Futbolu
“Neftçi” “Arsenal”a təsəlli verdi
“Neftçi” “Arsenal”a təsəlli verdi
“Neftçi” klubu UEFA Avropa Liqasının II təsnifat mərhələsində mübarizədən kənarlaşdırdığı Rusiyanın “Arsenal” komandasına təsəlli verib. Qolat.com-un məlumatına...
Ölkə Futbolu
"Arsenal"-"Neftçi" matçında anşlaq gözlənilir
Rusiyanın Tula şəhərində "Arsenal" və "Neftçi" komandaları arasında keçiriləcək Avropa Liqasının II təsnifat mərhələsinin ilk görüşündə tribunaların tam...