"Qalatasaray" uduzdu, "Beşiktaş" qalib gəldi - İcmal

"Qalatasaray" uduzdu, "Beşiktaş" qalib gəldi - İcmal

Türkiyə Super Liqasında mövsümün sonuncu turuna start verilib.

Qolat.com-un məlumatına görə, XXXIV turun ilk günündə 4 qarşılaşma keçirilib.

Gümüş mükafatçı “Başakşəhər” öz meydanında “Alanyaspor”la heç-heçə edib – 1:1. Digər üç qarşılaşma isə məhsuldar alınıb.

Çempion adını ötən tur qazanan “Qalatasaray” yeddi qolun vurulduğu görüşdə “Sivasspor”a uduzub – 3:4. Bürünc medal uğrunda mübarizə aparan “Beşiktaş”la “Trabzonspor” eyni – 3:2 hesablı qələbə qazanıb. Onlar müvafiq olaraq, “Kasimpaşa”yla ev, “Rizəspor”la səfər görüşlərində seviniblər. Nəticədə "qara qartallar" da mövqeyini qoruyaraq, mövsümü üçüncü yerdə bitiriblər. 

Qeyd edək ki, Super Liqada sonuncu turun digər oyunları mayın 25-26-da keçiriləcək.

Türkiyə Super Liqası
XXXIV tur
24 may
“Başakşəhər” – “Alanyaspor” – 1:1

Ceylan, 6 (avtoqol) – Fernandes, 16
“Beşiktaş” – “Kasimpaşa” – 3:2
Yalçın, 10, 44, 45 – Hayratinoviç, 13, Kolta, 67
“Rizəspor” – “Trabzonspor” – 2:3
Boldin, 16, Muriqi, 65 – Rodalyeqa, 20, Melnyak, 24 (avtoqol), Omur, 43
“Sivasspor” – “Qalatasaray” – 4:3
Ribalka, 43, 77, Arslan, 45, Kone, 79 – Linness, 2, Çelik, 34, 82


Müəllif : Qolat.com

Şərhlər (0)

Həmçinin oxu

Dünya Futbolu
Messi İspaniya Kubokunda rekorda imza atdı
Messi İspaniya Kubokunda rekorda imza atdı
Kataloniyanın “Barselona“ klubunun hücumçusu Lionel Messi Sevilyada "Valensiya" ilə baş tutan final oyununda 1:2 hesablı məğlubiyyətə baxmayaraq, İspaniya Kubokunun rekordçusu...
Ölkə Futbolu
"Qəbələ" "Qarabağ"ı məğlub etdi
Futbol üzrə Azərbaycan Kubokunda yarımfinal mərhələsinə start verilib. Qolat.com-un məlumatına görə, raundun ilk oyununda yarışın sonuncu finalçısı "Qəbələ" Premyer Liqanın...
Dünya Futbolu
“Qalatasaray” Emre Moru icarəyə götürür
“Qalatasaray” Emre Moru icarəyə götürür
Türkiyənin “Qalatasaray” klubu İspaniya “Selta”sının futbolçusu Emre Moru icarəyə götürür. Qolat.com-un məlumatına görə, artıq tərəflər arasında razılıq...
Digər idman növləri
XV Avropa Gənclər Yay Olimpiya Festivalının bağlanış mərasimi keçirildi
XV Avropa Gənclər Yay Olimpiya Festivalının bağlanış mərasimi keçirildi
Bakı-2019 XV Avropa Gənclər Yay Olimpiya Festivalının (EYOF) bağlanış mərasimi keçirilib. Qolat.com-un məlumatına görə, Bakı Kristal Zalında baş tutan tədbir Azərbaycan Dövlət Himninin...