“Qalatasaray” 22-ci dəfə Türkiyə çempionu oldu

“Qalatasaray” 22-ci dəfə Türkiyə çempionu oldu

“Qalatasaray” 22-ci dəfə Türkiyə çempionu oldu

Türkiyə Super Liqasında XXXIII tur davam edir.

Qolat.com-un məlumatına görə, tur çərçivəsində daha dörd oyun keçirilib.

Mərkəzi qarşılaşmada çempionluq uğrunda mübarizə aparan “Qalatasaray”la “Başakşəhər” üz-üzə gəlib. Eyni xala malik liderlərin İstanbul derbisində “sarı-qırmızılar” əzmkar qələbə qazanıblar. 

Matçda məğlub duruma düşən Fatih Terimin yetirmələri iki qol vuraraq qalib gəlməklə xal hesabını 69-a çatdırıblar. Bu, “Qalatasaray”a sona bir tur qalmış çempionluğu təmin etmək imkanı verib. Rəqibini üç xal qabaqlayan “cim-bom” şəxsi oyunlardakı üstünlüyə görə tarixində 22-ci çempionluğu qazanıb. Bir neçə gün öncə Türkiyə kubokunu da qazanan F.Terimin komandası bununla “Qızıl dubl”a imza atıb.

Digər üç oyunda qalib müəyyənləşməyib. Turnir cədvəlindəki qonşular “Alanyaspor”la “Rizəspor” hərəyə 1 qolla bir xal qazanıb. 

Super Liqada qalmaq uğrunda mübarizə aparan “Bursaspor”la “Göztəpə”nin oyununda qol vurulmayıb. Aşağı dəstəyə yuvarlandığı rəsmiləşən “Akhisar” isə “Kayserispor”u büdrədib – 2:2.

Qeyd edək ki, tura mayın 20-də yekun vurulacaq.


Müəllif : Qolat.com

Şərhlər (0)

Həmçinin oxu

Dünya Futbolu
Çempionlar Liqasının təqvimi açıqlandı - Tam siyahı
Çempionlar Liqasının təqvimi açıqlandı - Tam siyahı
Çempionlar Liqasında qrup mərhələnin təqvimi açıqlanıb. Qolat.com-un məlumatına görə, UEFA qitəni ən nüfuzlu klub turnirinin oyunlarının vaxtını müəyyənləşdirib. 8 qrupda...
Ölkə Futbolu
"Qəbələ" kapitanı ilə yollarını ayırdı
"Qəbələ” komandası futbolçusu Cavid Hüseynovla yollarını ayırıb. Qolat.com-un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, 31 yaşlı yarımmüdafiəçi 2019-2020...
Dünya Futbolu
“Qalatasaray” Fatih Terimlə yeni müqavilə imzaladı
“Qalatasaray” Fatih Terimlə yeni müqavilə imzaladı
Türkiyənin “Qalatasaray” klubu baş məşqçisi Fatih Terimlə müqaviləni uzadıb. Qolat.com-un məlumatına görə, 66 yaşlı təcrübəli mütəxəssislə imzalanan yeni...
Ölkə Futbolu
“Qarabağ” ilk xalını qazandı
“Qarabağ” ilk xalını qazandı
Təmsilçimiz “Qarabağ” UEFA Konfrans Liqasının qrup mərhələsində ilk qarşılaşmasını İsveçrənin “Basel” klubuna qarşı keçirib. Təmsilçimiz dəfələrlə...