
Ölkə Futbolu
“Qarabağ” üç futbolçu ilə yollarını ayırdı
Azərbaycan çempionu “Qarabağ” üç futbolçu ilə yollarını ayırıb.
Qolat.com-un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, Ağdam təmsilçisi 2018/19 mövsümü bitdikdən sonra üç legionerlə vidalaşıb.
Bunlar polşalı Yakub Jezniçak, isveçrəli İnnosent Emeqara və braziliyalı Reynaldodur. Jezniçakın bitən müqaviləsi yenilənməyib. Emeqara və Reynaldonun müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilib.
Müəllif : Qolat.com
Şərhlər (0)