“Mançester Siti”dən ardıcıl ikinci çempionluq, “Liverpul” yenə qızıl medalsız qaldı - İcmal

“Mançester Siti”dən ardıcıl ikinci çempionluq, “Liverpul” yenə qızıl medalsız qaldı - İcmal

“Mançester Siti”dən ardıcıl ikinci çempionluq, “Liverpul” yenə qızıl medalsız qaldı - İcmal

İngiltərə Premyer Liqasında 2018/19 mövsümünə yekun vurulub.

Qolat.com-un məlumatına görə, XXVIII turun oyunları eyni gündə və eyni saatda başlayıb.

Son tur çempionun adına aydınlıq gətirib. Qızıl medallara iddialı olan “Mançester Siti” və “Liverpul” ən güclünü qiyabi mübarizədə müəyyənləşdirib.

Sonuncular evdə “Vulverhempton”u qəbul edibsə, “şəhərlilər” səfərdə “Brayton”la görüşüb. Tura qədər bir xal üstünlüyünə malik Mançester klubu qalib gəlmək vəzifəsinin öhdəsindən gəlməyi bacarıb. Oyunun gedişində məğlub duruma düşən Pep Qvardiolanın yetirmələri 4:1 hesablı əzmkar qələbə ilə xal hesabını 98-ə çatdırıblar. Bununla da “Mançester Siti” ardıcıl 2-ci, tarixdə 6-cı dəfə İngiltərə çempionu tituluna yiyələnib.

1989/90 mövsümündən sonra çempionluğa həsrət qalan mersisaydlılar 2:0 hesablı ev qələbəsi ilə xal hesabını 97-yə çatdırsalar da, ikinci yerlə kifayətləniblər. 18 qat İngiltərə çempionu mövsümün gedişində böyük üstünlüyünü qoruyub  azarkeşlərini sevindirməyi bacarmayıb.

Sonuncu tur bürünc medalın da taleyini aydınlıq gətirib. “Çelsi” “Lester”lə görüşdə xal itirsə də 3-cü yeri qoruya bilib. Buna “Tottenhem”in “Everton”u məğlub edə bilməməsi səbəb olub.


Müəllif : Qolat.com

Şərhlər (0)

Həmçinin oxu

Ölkə Futbolu
QOLAT + E-QOLAT
QOLAT + E-QOLAT
E-QOLAT.COM rəsmi qeydiyyatı olan onlayn ticarət mağazasıdır. Xüsusi ilə idman geyimləri üzərə ixtisaslaşan onlayn ticarət mağazası olmaqla yanaşı, digər geyim və ya idman alətlərinin onlayn...
Dünya Futbolu
Ronaldo:
Ronaldo: "Messi bir nömrədir"
“Əlbəttə ki, Messi bir nömrədir. Biz 20 və ya 30 il gözləməliyik ki, bənzər futbolçu görək”. Qolat.com-un məlumatına görə, bunu Braziliya millisinin sabiq futbolçusu...
BİZON STUDENT CUP
"BIZON STUDENT CUP" da ilk tur
"QOLAT Sport Services" in təşkilatçılığı və  "Bizon Energy" in baş sponsorluğu ilə yalnız tələbələr arasında keçirilən "BIZON STUDENT CUP"a start...
Dünya Futbolu
“Mançester Siti” və “Lester”dən rekord
“Mançester Siti” və “Lester”dən rekord
İngiltərə Premyer Liqasının XXXVII turunun “Mançester Siti” – “Lester” oyununda hər iki komanda rekorda imza atıb. Qolat.com-un məlumatına görə, meydan sahibləri 1:0...