Topaz Premyer Liqasının ən yaxşı bombardiri məlum oldu

Topaz Premyer Liqasının ən yaxşı bombardiri məlum oldu

Topaz Premyer Liqasının ən yaxşı bombardiri məlum oldu

Topaz Premyer Liqasında 2018/19 mövsümünün ən yaxşı bombardiri müəyyənləşib.

Qolat.com-un məlumatına görə, mükafatın sahibi son turda bəlli olub.

Çempionatı 16 qolla başa vuran “Qarabağ”ın futbolçusu Mahir Mədətov karyerasında ilk dəfə Premyer Liqanın bombardiri olub. O, bu gün keçirilən “Neftçi” ilə görüşdə (3:2) vurduğu iki qolla ən məhsuldar oyunçusu adını ələ keçirib.

Bu turadək M.Mədətovla eyni sayda fərqlənib, əlavə göstəricilərə görə öndə olan “Neftçi”nin hücumçusu Baqali Dabo isə bu matçda penaltini qaçırıb və zədə səbəbindən meydanı tərk edib.

Bombardirlər yarışında 3-cü yeri Ceyms Adeniyi (“Qəbələ”) tutub - 10 qol. Filip Ozobiç (“Qarabağ”) 9, Xulio Sezar Rodrifes (“Zirə”), Marko Deviç (“Sabah”) və Emin Mahmudov (“Neftçi”) hərəyə 8 dəfə fərqləniblər.


Müəllif : Qolat.com

Şərhlər (0)

Həmçinin oxu

Dünya Futbolu
"Mançester Yunayted"də itki
"Mançester Yunayted"in heyətində itki baş verib. Qolat.com xəbər verir ki, "qırmızı şeytanlar"ın futbolçusu Maruan Fellaini İngiltərə Premyer Liqasının 26-cı turunda...
Ölkə Futbolu
Fərhad Vəliyev: “Hər iki cəbhədə irəli getmək üçün gücümüz var” MÜSAHİBƏ
Fərhad Vəliyev: “Hər iki cəbhədə irəli getmək üçün gücümüz var” MÜSAHİBƏ
“Sumqayıt”ın qapıçısı Fərhad Vəliyev mətbuat nümayəndələrinə müsahibə verib. Qolat.com müsahibəni təqdim edir: - Ölkə kubokunun yarımfinal mərhələsində...
Ölkə Futbolu
“Qarabağ”avrokuboklara vəsiqəni darmadağınla qazandı, “Qəbələ” çempionluq şansını itirdi
“Qarabağ”avrokuboklara vəsiqəni darmadağınla qazandı, “Qəbələ” çempionluq şansını itirdi
Topaz Premyer Liqasında XXII tura yekun vurulub.  Qolat.com-un məlumatına görə, avrokuboklara vəsiqələr uğrunda mübarizə aparan “Qəbələ” öz meydanında “Sabah”ı qəbul...
Digər idman növləri
Badminton üzrə Azərbaycan çempionatı başlayır
Badminton üzrə Azərbaycan çempionatı başlayır
Noyabrın 8-də badminton üzrə Azərbyacan çempionatına start veriləcək. Azərbaycan Badminton Federasiyasından Qolat.com-a verilən məlumata görə, Azərbaycan Texniki Universitetinin idman...