ÇL: “Liverpul” “Barselona”nı darmdağın etdi

ÇL: “Liverpul” “Barselona”nı darmdağın etdi

ÇL: “Liverpul” “Barselona”nı darmdağın etdi

Bu gün Çempionlar Liqasında yarımfinal mərhələsinin cavab oyunlarına start verilib.

Qolat.com-un məlumatına görə, ilk finalçı İngiltərədə müəyyənləşib.

Liverpulda şəhərin eyniadlı komandası İspaniya “Barselona”sını qəbul edib. Yarışın beşqat qaliblərinin “Enfild Roud” stadionundakı dueli erkən qolla başlayıb.

Səfərdə üç cavabsız qol buraxan ingiltərəlilər 7-ci dəqiqədə hesabı açıblar. Divok Oriqi meydan sahiblərini ümidləndirib.

İkinci hissə də “Liverpul” üçün uğurlu başlayıb. Meydana sonradan daxil olan Jorjinyo Veynaldum üç dəqiqəyə iki qol vuraraq ümumi hesabda tarazlıq yaradıb – 3:0. Bu nəticə oyunu əlavə vaxta aparsa da, mersisasydlılar cütün taleyini daha tez aydınlıq gətiriblər. Böyük üstünlüyünü əldən verən “Barselona” matçın sonlarında daha bir qol buraxıb. Dubla imza atan Oriqi kataloniyalıların darmadağınını rəsmiləşdirib – 4:0.

Beləliklə, doğma meydanda möcüzəyə imza atan “Liverpul” tarixində 9-cu dəfə finala yüksəlib. Həlledici görüşü qəbul edəcək Madridin “Metropolitano” stadionunda isə İspaniya klubunun olmayacağı dəqiqləşib.

Qeyd edək ki, ikinci finalçının adına mayın 8-də keçiriləcək “Ayaks” (Hollandiya) – “Tottenhem” (İngiltərə) matçında aydınlıq gələcək.


Müəllif : Qolat.com

Şərhlər (0)

Həmçinin oxu

Dünya Futbolu
AC Milan FC Legends
AC Milan FC Legends
Dünya futbol tarixində iz qoymuş nəhəng klublar var. Dilindən, dinindən, irqindən asılı olmayaraq hamının sevdiyi, saydığı və adına, tarixinə hörmət etdiyi klublar. Bu klubların həm ölkə...
Dünya Futbolu
İkardi
İkardi "İnter"i məhkəməyə verdi
"İnter"in forvardı Mauro İkardi öz komandasını məhkəməyə verib. Qolat.com-un məlumatına görə, 26 yaşlı hücumçu "neradzurri"dən komandada hüququnun bərpa...
Dünya Futbolu
İkardi
İkardi "İnter"dən ayrılmaq istəyir
“İnter”in hücumçusu Mauro İkardi klubdan ayrılmaq niyyətindədir. Qolat.com-un məlumatına görə, 26 yaşlı futbolçu Milan təmsilçisində özünü xoşbəxt hiss...
Dünya Futbolu
ÇL: “Barselona” yarımfinalda: “Yuventus” mübarizəni dayandırdı
ÇL: “Barselona” yarımfinalda: “Yuventus” mübarizəni dayandırdı
UEFA Çempionlar Liqasının ¼ final mərhələsinin cavab qarşılaşmaları keçirilib. Qolat.com-un məlumatına görə, “Barselona” komandası “Kamp Nou”da İngiltərənin...