“Mançester Siti” və “Lester”dən rekord

“Mançester Siti” və “Lester”dən rekord

“Mançester Siti” və “Lester”dən rekord

İngiltərə Premyer Liqasının XXXVII turunun “Mançester Siti” – “Lester” oyununda hər iki komanda rekorda imza atıb.

Qolat.com-un məlumatına görə, meydan sahibləri 1:0 hesabı ilə qalib gələrək 129 illik rekordu təkrarlayıb.

Belə ki, Pep Qvardiolanın yetirmələri Premyer Liqada çıxış edən bütün rəqiblərinə qalib gəlməyi bacarıb. 19 komandanın hərəsini ən azı 1 dəfə məğlub edən “Mançester Siti” ardıcıl ikinci mövsümdə belə nailiyyətə imza atıb.

Belə nəticəyə imza atan sonuncu komanda “Preston” olub. Bu klubun 129 il əvvəl qeydə alınan rekordu 1888/89 və 1889/90 mövsümlərini əhatə edir.

“Lester” isə cari mövsüm “Etihad”da ən gec qol buraxan komanda ünvanına yiyələnib. Belə ki, “Mançester Siti” Premyer Liqadakı ev oyunlarında bütün rəqiblərini ilk 60 dəqiqədə qola “qonaq etmişdi”. 70-ci dəqiqəyədək meydan sahiblərinin hücumlarına tab gətirən “Lester”ə qədər rekord “Vest Hem”ə məxsus idi. Sonuncular “Mançester Siti” ilə səfər görüşündə 59-cu dəqiqəyədək qapısını toxunulmaz saxlaya bilib.


Müəllif : Qolat.com

Şərhlər (0)

Həmçinin oxu

Dünya Futbolu
İngiltərə klubunun futbolçuları meydana çıxmaqdan imtina etdilər
İngiltərə klubunun futbolçuları meydana çıxmaqdan imtina etdilər
Futbol üzrə İngiltərə çempionatında xoşagəlməz hadisə yaşanıb. Qolat.com-un məlumatına görə, Çempionşipdə baş tutmalı olan “Bolton” – “Brentford” oyunu...
Dünya Futbolu
PSJ prezidenti rüşvət verməkdə ittiham olunur
PSJ prezidenti rüşvət verməkdə ittiham olunur
Fransanın PSJ klubunun prezidenti Nasser Əl-Xəlaifi rüşvət verməkdə ittiham olunur. Qolat.com-un məlumatına görə, ərəb iş adamı Beynəlxalq Atletika Federasiyaları Assosiasiyasının (İAAF) sabiq...
Dünya Futbolu
Avropa Liqasında həftənin oyunçusu adına kimlər namizəddir? - Siyahı
Avropa Liqasında həftənin oyunçusu adına kimlər namizəddir? - Siyahı
Avropa Liqasında həftənin oyunçusu adına namizədlər açıqlanıb. Qolat.com-un məlumatına görə, yarımfinal mərhələsinin ilk oyunlarında fərqlənən dörd futbolçu...
Ölkə Futbolu
Milli komanda yenə də...
Milli komanda yenə də...
Dünya Çempionatının seçmə mərhələsinin A qrupunda milli komandamız növbəti oyununu keçirib.  İrlandiya səfərindən 1 xalla dönən yığma komanda bu dəfə Portuqaliya...