Messi "Barselona"da 600-cü qolunu vurdu

Messi

Messi "Barselona"da 600-cü qolunu vurdu

Lionel Messi Çempionlar Liqasının ½ final mərhələsinin "Liverpul"a qarşı keçirilən ilk oyununda dubl etməklə, "Barselona"da 600-cü qolunu vurub.

Qolat.com-un məlumatına görə, "göy-qırmızılar"ın argentinalı kapitanı oyunda ilk qolunu 75-ci dəqiqədə vurub.

Onun qarşılaşmadakı ikinci qolu 82-ci dəqiqəyə təsadüf edib. Messi bu dəfə cərimə zərbəsindən rəqibin qapısına yol tapıb.

Messi “Barselona“nın heyətində ümumilikdə 683 matç keçirib. O, klubda ilk qolunu 14 il əvvəl - 1 may 2005-ci il tarixində “Albasete"nin qapısına vurub.

Messi cari mövsümdə klub səviyyəsində 46 oyunda iştirak edib, 48 qol vurub, 22 məhsuldar ötürmə edib. O, İspaniya çempionatında və Çempionlar Liqasında bombardirlər siyahısına başçılıq edir.


Müəllif : Qolat.com

Şərhlər (0)

Həmçinin oxu

Ölkə Futbolu
Azad Rəhimov: “Bakı Avropa Liqasının final oyununa hazırdır”
Azad Rəhimov: “Bakı Avropa Liqasının final oyununa hazırdır”
“Daha öncə Avropa Oyunları, İslam Həmrəyliyi Oyunları və “Formula-1” kimi böyük yarışlara ev sahibliyi etmişik. Amma Bakıda belə önəmli futbol oyunu ilk dəfə təşkil...
BİZON STUDENT CUP
BIZON STUDENT CUP - Tələbələr arasında ilk çempionat 2019
BIZON STUDENT CUP - Tələbələr arasında ilk çempionat 2019
QOLAT Sport Service olaraq yalnız tələbələr arasında keçiriləcək mini futbol turnirimizi sizlərə təqdim etmək istəyirik. QOLAT tərəfindən həyata keçiriləcək növbəti...
Dünya Futbolu
"Barselona" və "Qalatasaray" uduzdu, “Lion”dan darmadağın, "Bavariya" xal itirdi - İcmal
Almaniya Bundesliqasında 2019/20 mövsümünə start verilib. Qolat.com-un məlumatına görə, I turun ilk oyun günündə bir matç keçirilib. Yeganə görüş...
Ölkə Futbolu
MARSOL Mini Futbol Turnirində 1/8 Mərhələ
MARSOL Mini Futbol Turnirində 1/8 Mərhələ
Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi və Marsol MMC-nin tərəfdaşlığı, QOLAT Sport Servicesin təşkilatçılığı ilə MARSOL Mini Futbol Turnirində qrup mərhələsi...