Kasilyas məşqdə infarkt keçirdi

Kasilyas məşqdə infarkt keçirdi

Kasilyas məşqdə infarkt keçirdi

İspaniya milli komandasının və “Real”ın sabiq qapıçısı İker Kasilyas ürəktutması diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Qolat.com-un məlumatına görə, Portuqaliyada “Portu”nun şərəfini qoruyan təcrübəli qolkiper özünü məşq zamanı pis hiss edib.

Xəstəxanaya aparılan 37 yaşlı əlcək sahibi əməliyyat olunub. Hazırda durumu sabit kimi dəyərləndirilən İ.Kasilyas sağlamlığı ilə bağlı mövsümü başa vurub.

Qeyd edək ki, cari mövsümdə “Portu”nun heyətində 45 oyun keçirən ispaniyalı qapıçı müqaviləsini 2020-ci ilin yayına qədər uzadıb. “Real”da 510 oyun keçirən futbolçu 3 dəfə Çempionlar Liqasının, 5 dəfə İspaniya çempionatının qalibi olub. O, millinin heyətində bir dəfə dünya, iki dəfə Avropa çempionu tituluna yiyələnib.


Müəllif : Qolat.com

Şərhlər (0)

Həmçinin oxu

Dünya Futbolu
Çempionlar Liqasında turun futbolçusu adına 4 namizəd - Siyahı
Çempionlar Liqasında turun futbolçusu adına 4 namizəd - Siyahı
Çempionlar Liqasında qrup mərhələsinin ilk turun ən yaxşı futbolçusu adına namizədlər açıqlanıb. Qolat.com-un məlumatına görə, baş tutan 16 qarşılaşmadan sonra UEFA...
Ölkə Futbolu
Cavid Hüseynov
Cavid Hüseynov "Zirə" ilə 2 illik müqavilə imzaladı
“Zirə” yay transfer pəncərəsində heyətini yeni futbolçu ilə gücləndirib.  Klubdan Qolat.com-a verilən məlumata görə, Bakı təmsilçisi Cavid Hüsynovla...
Dünya Futbolu
PSJ ardıcıl 3-cü dəfə Fransa çempionu oldu
PSJ ardıcıl 3-cü dəfə Fransa çempionu oldu
Futbol üzrə Fransa çempionu müəyyənləşib. Qolat.com-un məlumatına görə, PSJ Liqa1-in çempionu adına yiyələnib. Paris təmsilçisi XXXIII tur çərçivəsində...
Dünya Futbolu
“Young Boys”dan möhtəşəm qələbə
“Young Boys”dan möhtəşəm qələbə
Çempionlar Liqasının ilk turunun ilk iki qarşılaşması Bakı vaxtı ilə 20:45-də keçirilib ki, bu oyunların hər ikisi maraqlı alınıb.    "Young Boys" doğma meydanda...