Zidan: “Real” 33 dəfə çempion olub, bəs “Barselona”?

Zidan: “Real” 33 dəfə çempion olub, bəs “Barselona”?

Zidan: “Real” 33 dəfə çempion olub, bəs “Barselona”?

“Real” 33 dəfə çempion olub. Bəs “Barselona”nın nəyi var?”

Qolat.com-un məlumatına görə, bunu İspaniyanın “Real” klubunun baş məşqçisi Zinəddin Zidan deyib.

Madrid klubu La Liqada mövsümün sonuna 4 tur qalmış rəsmən çempionluq şansını itirib. Çempionatın sonlarına yaxın “Kral klubu”na qayıdan fransalı əfsanə mövsümü titulsuz başa vurmaqlarını faciəyə hesab etmir:

“Son vaxtlar onlar əla çıxış edirlər. Hamı bununla barışıb, onları təbrik etməlidir. Amma rəqəmlərdən danışırıqsa, onda “Real”ın titulları daha çoxdur. Bunu müdafiə olunmaq üçün demirəm. Siz mənə “Barselona”nın son vaxtlar Primerada daha yaxşı oynadığını” dediyiniz üçün belə cavab verirəm”. 

Z.Zidan bildirib ki, komandası növbəti mövsüm əsas diqqətini İspaniya çempionluğuna yönəldəcək:

“Bu dinamikanı dəyişməyimiz lazımdır. Növbəti mövsümdə çempionatda daha yaxşı şəkildə start götürməyə çalışacağıq. Primeradakı qələbə əsas vəzifəmiz olacaq”.

Qeyd edək ki, "Barselona" 25 dəfə La Liqanın qalibi olub. 


Müəllif : Qolat.com

Şərhlər (0)

Həmçinin oxu

Dünya Futbolu
İran futbolunda 38 illik qadağa aradan qaldırılır
İran futbolunda 38 illik qadağa aradan qaldırılır
İran Futbol Federasiyası qadınların 2022-ci il dünya çempionatının oyunlarını tribunadan izləməsinə razılıq verib. Milli assosiasiyanın rəhbəri Medi Taca FIFA prezidentu Canni İnfantinonun...
Dünya Futbolu
İsveçrədən tarixi uğur!
İsveçrədən tarixi uğur!
İsveçrə millisindən Avropa Çempionatına damğa vuran nəticə!   İsveçrəlilər 3-1 hesabı ilə geri düşməsinə rəğmən möhtəşəm geridönüşə imza atdılar və...
Dünya Futbolu
Millətlər Liqasının finalını kim idarə edəcək?
Millətlər Liqasının finalını kim idarə edəcək?
Millətlər Liqasının final oyununun hakimləri açıqlanıb. Qolat.com-un məlumatına görə, UEFA həlledici qarşılaşmaya ispaniyalı baş hakim təyin edib. İyunun 9-da Portu şəhərində...
Ölkə Futbolu
Bu gün Azərbaycan çempionunun Avropa Liqasındakı mümkün rəqibi bəlli olacaq
Bu gün Azərbaycan çempionunun Avropa Liqasındakı mümkün rəqibi bəlli olacaq
Bu gün Avropa Liqasının Çempionlar yolunda III təsnifat mərhələsinin püşkü atılacaq. Qolat.com-un məlumatına görə, tədbir İsveçrənin Nyon şəhərində baş...