
Dünya Futbolu
UEFA Mxitaryanın Azərbaycana viza almasına yardım edə bilər
İngiltərənin “Arsenal” futbol klubu Avropa Liqasının mayın 29-da keçiriləcək finalına vəsiqə qazansa, UEFA klubun yarımmüdafiəçisi Henrix Mxitaryanın Azərbaycana viza almasına yardım edəcək.
¼ final mərhələsinin ilk matçında “Arsenal” İtaliyanın “Napoli” klubunu 2:0 hesabı ilə məğlub edib. Cavab görüşü aprelin 18-də keçiriləcək.
Qeyd edək ki, Ermənistan milli komandasının da üzvü olan 30 yaşlı Henrix Mxitaryan “Arsenal”ın “Qarabağ” (Ağdam) klubu ilə Bakıda keçirilən səfər matçında iştirak etməyib.
2015-ci ildə Dortmund “Borussiya”sının şərəfini qoruyan Mxitaryan Avropa Liqasında “Qəbələ”yə qarşı səfər oyununa da aparılmamışdı.
Müəllif : Qolat.com
Şərhlər (0)