Avropa liqalarında son vəziyyət - İcmal

Avropa liqalarında son vəziyyət - İcmal

Avropa liqalarında son vəziyyət - İcmal

Almaniya Bundesliqasında XXIX  turun ilk oyunu keçirilib.

Turun açılış matçı Nürnberqdə baş tutub.

Bundesliqada qalmaq uğrunda mübarizə aparan “Nürnberq” “Şalke”ni qəbul edib. Meydan sahibləri ikinci hissədə hesabı açsalar da, helzenkirhenlilər məğlubiyyətdən qaça biliblər. Qarşılaşma 1:1 hesablı heç-heçə ilə nəticələnib. 

Fransa Liqa1-də XXXII tur başlayıb.

Turun ilk oyun günündə iki qarşılaşma keçirilib.

“Dijon” evdə “Amyen”lə görüşüb. Qarşılaşma qolsuz heç-heçə ilə nəticələnib.

Günün digər matçında “Nant” “Lion”u qəbul edib. Üç qolun vurulduğu bu oyunda meydan sahibləri qələbə qazanıblar – 2:1.

İngiltərə Premyer Liqasında XXXIV tur start götürüb.

Tur “Lester”lə “Nyukasl” arasında görüşlə başlayıb.

Qarşılaşmanın taleyini bir qol həll edib. İlk yarıda fərqlənən qonaqlar üç xala sahib çıxıblar. Bu qələbə “Nyukasl”ın iki pillə irəliləməsi ilə nəticələnib.


Müəllif : Qolat.com

Şərhlər (0)

Həmçinin oxu

BİZON STUDENT CUP
BIZON Student Cup'da - Final həyacanı!
BIZON Student Cup'da - Final həyacanı!
Keçdiyimiz həftənin bazar günü "Bizon Energy" nin baş sponsorluğu ilə təşkil etdiyimiz tələbələr arası mini futbol turniri olan "Bizon Student Cup" da yarımfinal...
Ölkə Futbolu
AFFA-dan UEFA-ya Mxitaryan cavabı
AFFA-dan UEFA-ya Mxitaryan cavabı
UEFA İngiltərənin “Arsenal” klubunun ermənistanlı futbolçusu Henrik Mxitaryanın Avropa Liqasının Bakıda keçiriləcək final oyununda iştirakı ilə bağlı mövqeyini...
Ölkə Futbolu
"Qəbələ"nin sabiq baş məşqçisi dünyanın ən yaxşı futbolçularının siyahısında
"FourFourTwo" portalı son 25 ildə dünyanın 101 ən yaxşı futbolçusunun reytinq siyahısını tərtib edib. Qolat.com-un məlumatına görə, 21 - 101-ci yerləri tutanların adları artıq...
Ölkə Futbolu
“Qarabağ” və “Zirə”dən qələbə
“Qarabağ” və “Zirə”dən qələbə
Topaz Premyer Liqasında XXIV tura start verilib. Qolat.com-un məlumatına görə, ilk oyun günündə iki qarşılaşma baş tutub. Günün ilk matçında “Zirə”...