FİFA Lisenziyalı Futbol Agentliyi
QOLAT Football Agency, FIFA tərəfindən tanınan lisenziyalı agentlik olaraq fəaliyyət göstərir. Bu status, agentliyin beynəlxalq transferlərdə hüquqi etibarlılığını və peşəkarlığını təsdiq edir. Agentliyin rəhbəri Səid Bağırov, FIFA-nın təşkil etdiyi imtahanda uğur qazanaraq bu lisenziyaya sahib olmuşdur.
Agentlik, aşağıdakı futbolçuları təmsil edir:
Cavad Kərimov
Mahir Həsənov
Azamat Alakbarli
Kamal Kazımov
Hüseyn Əliyev
Ruslan Voronsov
Qurban Mahərrəmov
Seyxan Fərəcov
QOLAT Football Agency, beynəlxalq əlaqələrini gücləndirmək məqsədilə mütəmadi olaraq seminar və görüşlərdə iştirak edir. Bu tədbirlərdə futbol agentliyi və karyera inkişafı mövzularında müzakirələr aparılır.
Agentlik, həmçinin “Dəyişən Futbol Dünyası” mövzusunda futbol konfransı təşkil etmişdir. Bu konfransda Səid Bağırov və digər tanınmış mütəxəssislər iştirak edərək, futbolun gələcəyi və inkişafı barədə fikirlərini bölüşmüşlər.