Sığorta sektoru üzrə minifutbol turnirində I tur başa çatdı
Sığorta sektorunun komandalarını bir araya gətirən minifutbol turnirində I turun oyunları başa çatıb. İlk tur bol qollu qarşılaşmalar, böyük hesablı qələbələr və maraqlı mübarizə ilə yadda qalıb.
Turun ən diqqətçəkən oyunlarından birində Paşa Sığorta, rəqibi Qala Sığorta üzərində 12:2 hesablı inamlı qələbə qazanaraq gücünü nümayiş etdirib. Digər ən böyükhesablı qarşılaşmada isə İcbari Sığorta, Sənaye komandası üzərində 18:0 hesablı darmadağınla turun rekord nəticəsinə imza atıb.
Gərgin keçən oyunlardan birində Meqa Sığorta, Paşa Həyat üzərində 4:1 hesablı qələbə əldə edib. Mərkəzi Bank komandası isə Atəşgah üzərində 2:0 hesablı qələbə qazanaraq turnirə uğurlu start verib.
Digər qarşılaşmalarda Azsığorta, Meqa Həyat üzərində 2:0 hesablı qələbə qazanıb. Günün son oyununda isə Qala Həyat, Xalq Sığorta komandasını 8:1 hesabı ilə məğlub edib.
İlk turun nəticələri göstərir ki, turnirdə rəqabət kifayət qədər yüksəkdir və bəzi komandalar artıq iddialarını ortaya qoymağa başlayıb. Qarşıdakı turlarda mübarizənin daha da gərgin və maraqlı keçəcəyi gözlənilir.