Sığorta Sektoru minifutbol turniri
Ulu Öndər Heydər Əliyevin doğum gününə həsr olunmuş Sığorta Sektoru Minifutbol Turnirinə rəsmi olaraq start verilir! 🔥
QOLAT Sport Services-in təşkilatçılığı ilə keçirilən bu mötəbər turnir sığorta sektorunda fəaliyyət göstərən şirkətləri bir araya gətirərək həm idman rəqabətini, həm də korporativ həmrəyliyi gücləndirməyi hədəfləyir. Bu layihə, eyni zamanda, Ulu Öndərin zəngin irsinə və idmana verdiyi dəyərə ehtiramın bir ifadəsidir.
Artıq ilk turun oyunları başlayır! ⚽️
Komandalar meydanda bütün güclərini ortaya qoyaraq qələbə uğrunda mübarizə aparacaqlar.
Azarkeşləri komandalarına dəstək olmağa, bu futbol bayramının coşqusunu birlikdə yaşamağa dəvət edirik! 💫
Unudulmaz anlar, gərgin qarşılaşmalar və yüksək motivasiya ilə dolu oyunlar sizi gözləyir!