Atalar Və Övladlar
31 yanvar tarixində QOLAT Sport Services tərəfindən təşkil olunan “Atalar və Övladlar” yarışı böyük coşqu və yüksək iştirakla baş tutdu. Ailə dəyərlərini və sağlam həyat tərzini təşviq edən layihədə ümumilikdə 32 komanda mübarizə apardı. Hər komandada bir ata və bir övlad təmsil olunaraq həm rəqabət, həm də unudulmaz emosiyalar yaşandı. Yarışda ümumi iştirakçı sayı 100 nəfəri keçdi.
Tədbirin əsas tərəfdaşlarından biri olan TADIM VƏ KUZYA layihəyə sponsorluq edərək iştirakçılara öz məhsullarını təqdim etdilər və tədbirə xüsusi rəng qatdılar. Ailələr gün ərzində həm idman həyəcanı yaşadı, həm də birlikdə keyfiyyətli və əyləncəli vaxt keçirdi.
Gərgin və maraqlı mübarizənin ardından qalib komanda kubok və medallarla təltif olundu. “Atalar və Övladlar” yarışı bir daha sübut etdi ki, idman yalnız rəqabət deyil, eyni zamanda ailələri bir araya gətirən, bağları gücləndirən və dəyər yaradan bir platformadır.
QOLAT Sport Services gələcəkdə də bu kimi sosial yönümlü və ailə dəyərlərini ön plana çıxaran layihələri davam etdirməyi planlaşdırırıq.