“MARSOL Minifutbol Turniri 2025” – II tur yekunları: 16 oyunda 137 qol!
“MARSOL Minifutbol Turniri 2025”də II tur artıq başa çatıb. Həftənin ən həyəcanlı mərhələlərindən biri olan bu turda ümumilikdə 16 qarşılaşma keçirilib və 137 qola imza atılıb. Bu isə turnirin sürətinin və rəqabət səviyyəsinin getdikcə artdığını bir daha göstərir.
II turun ən diqqətçəkən komandalarından biri isə şübhəsiz ki, Global Logistics olub. Komanda rəqib qapılarına 21 qol göndərməklə yanaşı, öz qapısını toxunulmaz saxlamağı bacarıb. Həm hücum, həm də müdafiə xəttində göstərilən sabit performans komandanın turnirdə iddialı olduğunu göstərir.
Komandalar növbəti tura hazırlaşarkən əlbəttə ki, qarşıdakı oyunların daha da gərgin keçəcəyinə şübhə yoxdur. “MARSOL Minifutbol Turniri 2025” həyəcanı isə bütün sürəti ilə davam edir!