“Beşiktaş”ın qapıçısı azarkeşlərdən üzr istədi

“Beşiktaş”ın qapıçısı azarkeşlərdən üzr istədi

“Beşiktaş”ın qapıçısı azarkeşlərdən üzr istədi

Türkiyənin “Beşiktaş” klubunun qapıçısı Loris Karius Avropa Liqasının qrup mərhələsinin I turundakı səhvinə görə üzr istəyib.

Qolat.com-un məlumatına görə, “Slovan”la Slovakiyadakı matçın 15-ci dəqiqəsində kobud səhv edərək rəqibin hesabı açmasında pay sahibi olan qolkiper qarşılaşmadan sonra azarkeşlərə müraciət edib.

O, 2:4 hesablı məğlubiyyətdə buraxılan ilk qolun günahkarı olduğunu və bu səbəbdən də üzr istədiyini açıqlayıb:

“Bilirəm ki, bu oyun komandaya və azarkeşlərə acı bəxş edib. Siz qəzəblənə, məyus ola bilərsiniz. Mən ilk qola görə bütün məsuliyyəti üzərimə götürürəm. Daha etibarlı oynamalı idim. Düzdür, bundan sonra da qalib gələ bilərdik. Amma hər şey planımıza uyğun getmədi. Lakin gəlin bir olaq. Qarşıda hələ çox oyunumuz var. Dəstəyiniz bizə çox lazımdır”.

Qeyd edək ki, “Beşiktaş” Bratislavadakı matçda 2:4 hesabı ilə uduzub. 


Müəllif : Qolat.com

Şərhlər (0)

Həmçinin oxu

Dünya Futbolu
Aleksandr Səmədov Avropa Liqasının Bakı finalının səfiri olacaq
Aleksandr Səmədov Avropa Liqasının Bakı finalının səfiri olacaq
UEFA Avropa Liqasının bu il mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək final oyununun daha bir səfiri müəyyənləşib. Qolat.com-un məlumatına görə, Rusiyanın paytaxtı Moskvanın...
Dünya Futbolu
Buffon PSJ-dən ayrıldı
Buffon PSJ-dən ayrıldı
Fransanın PSJ futbol klubu italiyalı qapıçı Canluiji Buffonun komandadan ayrıldığını açıqlayıb. Qolat.com-un məlumatına görə, italiyalı oyunçu Turinin "Yuventus" klubundan...
Dünya Futbolu
Türkiyənin yeni məşqçisinin adına aydınlıq gəldi
Türkiyənin yeni məşqçisinin adına aydınlıq gəldi
Türkiyə Futbol Federasiyası Şenol Günəşin gedişindən sonra boşalan baş məşqçi postuna alman mütəxəssis Stefan Kuntzu gətirib.  Bir dönəmlər futbolçu kimi...
Dünya Futbolu
Mxitaryan Bakıya gəlməyəcək - “Arsenal”dan  rəsmi açıqlama
Mxitaryan Bakıya gəlməyəcək - “Arsenal”dan rəsmi açıqlama
İngiltərənin “Arsenal” klubu erməni futbolçu Henrik Mxitaryanın Avropa Liqasının Bakıda keçiriləcək finalı ilə bağlı qərarını açıqlayıb.  Qolat.com-un klubun rəsmi...