“Sabah”ın baş məşqçisi istefa verdi

“Sabah”ın baş məşqçisi istefa verdi

“Sabah”ın baş məşqçisi istefa verdi

Azərbaycan Premyer Liqasında baş məşqçi istefası gerçəkləşib.

Qolat.com-un məlumatına görə, "Sabah" Futbol Klubunun baş məşqçi postunda dəyişiklik edilib. 

Əsas komandanın baş məşqçisi Elşad Əhmədov bundan sonra klub prezidentinin müşaviri vəzifəsini yerinə yetirəcək. Qərar klub rəhbərliyilə təcrübəli mütəxəssis arasında qarşılıqlı razılıq əsasında qəbul olunub. Ötən mövsüm Premyer Liqada debüt edən "Sabah"ın formalaşmasında, komandanın qurulmasında böyük əməyi olan E. Əhmədovun mütəxəssis kimi bilik və bacarığına klubun inkişafında ehtiyac var.

Əsas komandanın baş məşqçi postu müvəqqəti olaraq əvəzedici komandanın baş məşqçisi Rövşən Babayevə həvalə olunub. Yaxın günlərdə klubun Müşahidə Şurasının növbədənkənar iclası keçiriləcək. İclasda komandanın son nəticələri müzakirə edilməklə yanaşı, yeni baş məşqçinin təyinatı məsələsinə də baxılacaq.

Qeyd edək ki, bu, mövsümdə ikinci istefadır. Bundan öncə “Qəbələ”nin baş məşqçisi Sənan Qurbanov postundan ayrılmışdı.


Müəllif : Qolat.com

Şərhlər (0)

Həmçinin oxu

Dünya Futbolu
İngiltərə kubokunun finalında darmadağın
İngiltərə kubokunun finalında darmadağın
İngiltərə kubokunda 2018/19 mövsümünə yekun vurulub. Qolat.com-un məlumatına görə, turnir “Uembli” stadionunda keçirilən “Mançester Siti” –...
Dünya Futbolu
AC Milan FC Legends
AC Milan FC Legends
Dünya futbol tarixində iz qoymuş nəhəng klublar var. Dilindən, dinindən, irqindən asılı olmayaraq hamının sevdiyi, saydığı və adına, tarixinə hörmət etdiyi klublar. Bu klubların həm ölkə...
Ölkə Futbolu
Çempionlar Liqası: “Qarabağ” “Ayaks”la qarşılaşa bilər
Çempionlar Liqası: “Qarabağ” “Ayaks”la qarşılaşa bilər
“Qarabağ”ın UEFA Çempionlar Liqasının pley-off mərhələsindəki potensial rəqibi müəyyənləşib. Qolat.com-un məlumatına görə, püşkə əsasən, Ağdam təmsilçisi III...
Dünya Futbolu
Qvardiola “Old Trafford”da ardıcıl 3 qələbə qazanan ilk məşqçi oldu
Qvardiola “Old Trafford”da ardıcıl 3 qələbə qazanan ilk məşqçi oldu
İngiltərə Premyer Liqasının XXXI turundan təxirə salınan “Mançester Yunayted” - “Mançester Siti” oyunu rekordla əlamətdar olub.  Qolat.com-un məlumatına görə,...