Messidən "Barselona" açıqlaması

Messidən

Messidən "Barselona" açıqlaması

Argentina milli komandasının futbolçusu Lionel Messi İspaniyanın "Barselona" klubundan getmək istəmir. 

L.Messi "Sport" nəşrinə müsahibəsində "Barselona" - mənim evimdir. Getmək yox, qələbələr qazanmaq istəyirəm", - deyə, vurğulayıb. 

Messinin Kataloniya klubu ilə müqaviləsi cari mövsümün sonunda bitəcək. Daha əvvəl məşhur forvardın karyerasını MLS-də davam etdirmə variantını nəzərdən keçirdiyinə dair xəbərlər yayılıb. Bildirilib ki, "İnter Mayami"nin sahiblərindən olan Devid Bekhem öz klubuna gəlişinin nə dərəcədə real olduğunu öyrənmək üçün onun meneceri ilə əlaqə saxlayıb. 

Qeyd edək ki, Lionel Messi 10 qat İspaniya çempionu, Çempionlar Liqası, ölkə kuboku və Superkubokunun qalibidir. O, 11 dəfə Argentinada ən yaxşı oyunçu sayılıb. Messi Çempionlar Liqasında son 20 ilin 50 ən yaxşı futbolçusu siyahısında yer alıb. 


Müəllif : Qolat.com

Şərhlər (0)

Həmçinin oxu

Dünya Futbolu
“Arsenal” və “Çelsi”nin nümayəndələri Bakıda
“Arsenal” və “Çelsi”nin nümayəndələri Bakıda
UEFA Avropa Liqasının mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək final oyununa hazırlıq çərçivəsində iştirakçı komandaların – “Arsenal” və...
Dünya Futbolu
Millətlər Liqasının qalibi Portuqaliya oldu
Millətlər Liqasının qalibi Portuqaliya oldu
UEFA-nın ilk dəfə təşkil etdiyi Millətlər Liqası turnirinə yekun vurulub. Qolat.com-un məlumatına görə, Portuqaliyada təşkil olunan final mərhələsində son iki oyun keçirilib. Öncə...
Dünya Futbolu
AC Milan FC Legends
AC Milan FC Legends
Dünya futbol tarixində iz qoymuş nəhəng klublar var. Dilindən, dinindən, irqindən asılı olmayaraq hamının sevdiyi, saydığı və adına, tarixinə hörmət etdiyi klublar. Bu klubların həm ölkə...
Ölkə Futbolu
"Neftçi" "Arsenal"ı darmadağın etdi
UEFA Avropa Liqasının II təsnifat mərhələsinin oyunları keçirilib. Qolat.com-un məlumatına görə, Azərbaycanın "Neftçi" klubu Rusiyanın Tula şəhərini rəmsil edən...