Prosineçki "Qarabağ"ın sabiq qapıçısı ilə İbrahimoviçi səhv saldı

Prosineçki

Prosineçki "Qarabağ"ın sabiq qapıçısı ilə İbrahimoviçi səhv saldı

Bosniya və Herseqovina millisinin baş məşqçisi Robert Prosineçki "Qarabağ"ın sabiq qapıçısı İbrahim Şehiçlə ABŞ-ın "Los-Anceles Qelaksi" klubunda çıxış edən ulduz futbolçu Zlatan İbrahimoviçi səhv salıb.

Qolat.com-un məlumatına görə, 50 yaşlı mütəxəssis AVRO-2020-nin seçmə mərhələsində Lixtenşteyn və Ermənistanla matçlar üçün yığmanın heyətini açıqlayarkən yanlışlığa yol verib. O, hazırda Türkiyənin "Erzurumspor" komandasında çıxış edən Şehiçin əvəzinə İbrahimoviçin adını çəkib. Konfransda iştirak edən media nümayəndələri Prosineçkinin ifadəsini gülüşlə qarşılayıblar.

Qeyd edək ki, Prosineçki 2014-2017-ci illərdə Azərbaycan yığmasına rəhbərlik edib. Şehiç isə 2013-cü ilin oktyabrından 2018-ci il iyununadək "Qarabağ"ın formasını geyinib.


Müəllif : Qolat.com

Şərhlər (0)

Həmçinin oxu

Dünya Futbolu
Gürcü futbolçu
Gürcü futbolçu "Milan" yolunda...
İtaliyanın "Milan" klubu "Rubin Kazan"ın gürcü futbolçusu Khvicha Kvaratskhelianın transferini yekunlaşdırmaq üzrədir. 20 yaşlı sol cinah yarımmüdafiəçisi son...
Ölkə Futbolu
"Neftçi" "Arsenal"ı məğlub etdi
İyulun 25-də UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində Rusiyanın "Arsenal" (Tula) klubu Bakının "Neftçi" komandası ilə...
Dünya Futbolu
Messi ABŞ-a gedir?
Messi ABŞ-a gedir?
Lionel Messi karyerasını ABŞ-da davam etdirəcək. Qolat.com-un məlumatına görə, İspaniyanın "Mundo Deportivo" nəşri argentinalının Amerika qitəsinə yollanmağa hazırlaşdığını...
Dünya Futbolu
ÇL: “Liverpul” “Barselona”nı darmdağın etdi
ÇL: “Liverpul” “Barselona”nı darmdağın etdi
Bu gün Çempionlar Liqasında yarımfinal mərhələsinin cavab oyunlarına start verilib. Qolat.com-un məlumatına görə, ilk finalçı İngiltərədə müəyyənləşib. Liverpulda şəhərin...