"Qalatasaray" 16-cı dəfə Türkiyə Superkubokunu qazandı

"Qalatasaray" 16-cı dəfə Türkiyə Superkubokunu qazandı

Türkiyə Superkubokunun qalibi müəyyənləşib.

Qolat.com-un məlumatına görə, həlledici qarşılaşmada ölkə çempionu və kubokunun qalibi olan “Qalatasaray” “Akhisar”ı sınağa çəkib.

Super Liqanı tərk edən sonuncular kubokun finalçısı kimi bu matça çıxıblar. Görüş Ankarada baş tutub.

Superkubokun taleyini bir qol həll edib. 39-cu dəqiqədə fərqlənən Belhanda İstanbul klubuna həm qələbə, həm titul qazandırıb. 

Sonuncu dəfə 2016-cı ildə bu mükafata yiyələnən “Qalatasaray” tarixində 16-cı Superkuboku başı üzərinə qaldırıb.

Türkiyə Superkuboku
7 avqust

22:30. “Qalatasaray” – “Akhisar” – 1:0
Belhanda, 39


Müəllif : Qolat.com

Şərhlər (0)

Həmçinin oxu

Dünya Futbolu
"Barselona" qalib gəldi, "Real"dan məğlubiyyət
İspaniya La Liqasında XXXVII turun oyunları keçirilib. Qolat.com-un məlumatına görə, bütün qarşılaşmalar eyni vaxtda baş tutub. Çempionluğu öncədən təmin edən...
Dünya Futbolu
Ronaldu xəstə uşağa görə komandanın avtobusunu dayandırdı
Ronaldu xəstə uşağa görə komandanın avtobusunu dayandırdı
Portuqaliya millisi və "Yuventus"un forvardı Kristiano Ronaldo kiçik azarkeşlə şəkil çəkdirmək üçün yığma komandanın avtobusunu dayandırıb. Qolat.com-un məlumatına...
Dünya Futbolu
“Beşiktaş”ın qapıçısı azarkeşlərdən üzr istədi
“Beşiktaş”ın qapıçısı azarkeşlərdən üzr istədi
Türkiyənin “Beşiktaş” klubunun qapıçısı Loris Karius Avropa Liqasının qrup mərhələsinin I turundakı səhvinə görə üzr istəyib. Qolat.com-un məlumatına görə,...
Ölkə Futbolu
“Neftçi” “Speranta”nı darmadağın etdi
“Neftçi” “Speranta”nı darmadağın etdi
İyulun 18-də UEFA Avropa Liqasının 2019-2020-ci il mövsümünün birinci təsnifat mərhələsi çərçivəsində “Neftçi” – “Speranta” baş...