Çempionlar Liqası: Türkiyə və Rusiya klubları mübarizəyə başlayırlar

Çempionlar Liqası: Türkiyə və Rusiya klubları mübarizəyə başlayırlar

Çempionlar Liqası: Türkiyə və Rusiya klubları mübarizəyə başlayırlar

Bu gün 2019/2020 avrokubok mövsümündə III təsnifat mərhələsinin növbəti oyunları keçiriləcək.

Qolat.com-un məlumatına görə, Çempionlar Liqasında (ÇL) 5, Avropa Liqasında isə 1 görüş baş tutacaq.

Türkiyəi təmsilçisi "Başakşehir" də ÇL-in təsnifat mərhələsində ilk oyununa çıxacaq. İstanbul təmsilçisi Yunanıstanın "Olimpiakos" kollektivini qəbul edəcək.

Ötən mövsüm Rusiya Premyer Liqasını 3-cü pillədə başa vuran "Krasnodar" da ilk matçını evdə keçirəcək. Komanda Portuqaliyanın "Portu" klubunun müqavimətini qırmağa çalışacaq. Avropa Liqasındakı yeganə oyunda isə Çempionlar Liqasının II təsnifat mərhələsində "Qarabağ"a uduzan (1:1, 3:0) İrlandiya "Dandolk"u Slovakiyada "Slovan"ın qonağı olacaq. 

Çempionlar Liqası

III təsnifat mərhələsi, ilk oyunlar

21:00. "Krasnodar" (Rusiya) - "Portu" (Portuqaliya)

21:45. "Başakşehir" (Türkiyə) - "Olimpiakos" (Yunanıstan)

22:00. "Bazel" (İsveçrə) - LASK (Avstriya)

22:00. ÇFR (Kluj, Rumıniya) - "Seltik" (Şotlandiya)

22:15. "Maribor" (Sloveniya) - "Rusenborq" (Norveç)

Avropa Liqası

III təsnifat mərhələsi, ilk oyun

22:15. "Slovan" (Bratislava, Slovakiya) - "Dandolk" (İrlandiya)


Müəllif : Qolat.com

Şərhlər (0)

Həmçinin oxu

Ölkə Futbolu
"Qəbələ"nin sabiq baş məşqçisi dünyanın ən yaxşı futbolçularının siyahısında
"FourFourTwo" portalı son 25 ildə dünyanın 101 ən yaxşı futbolçusunun reytinq siyahısını tərtib edib. Qolat.com-un məlumatına görə, 21 - 101-ci yerləri tutanların adları artıq...
BİZON STUDENT CUP
"BIZON STUDENT CUP" da ilk tur
"QOLAT Sport Services" in təşkilatçılığı və  "Bizon Energy" in baş sponsorluğu ilə yalnız tələbələr arasında keçirilən "BIZON STUDENT CUP"a start...
Ölkə Futbolu
"Qarabağ" səfərdə heç-heçə etdi
"Qarabağ" komandası UEFA Çempionlar Liqasında II təsnifat mərhələsinin ilk oyununu keçirib. Qolat.com-un məlumatına görə, rəqib İrlandiya çempionu "Dandolk" olub....
Ölkə Futbolu
AVRO-2020: Millimiz yenə uduzdu
AVRO-2020: Millimiz yenə uduzdu
AVRO-2020-nin seçmə mərhələsində III turun oyunları keçirilb. Qolat.com-un məlumatına görə, E qrupunda mübarizə aparan Azərbaycan milli komandası növbəti qarşılaşmasına...