
Dünya Futbolu
İbrahimoviç Droqbanın rekordunu təkrarladı
İsveç yığmasının sabiq futbolçusu Zlatan İbrahimoviç MLS-in rekordunu təkrarlayıb.
Qolat.com-un məlumatına görə, 35 yaşdan sonra iki dəfə het-trik edən 2-ci futbolçu olub.
Z.İbrahimoviçə qədər yalnız Didye Droqba Şimali Amerikanı bu yaşında iki dəfə het-triklə təəccübləndirmişdi. İsveçli Los-Anceles derbisində fərqlənib.
O, çıxış etdiyi “Qalaksi”nin “Los-Anceles” üzərində 3:2 hesablı qələbəsinə üç qolla töhfə verib.
İlk het-trikini ötən mövsüm “Orlando” ilə matçda gerçəkləşdirən Z.İbrahimoviç D.Droqbanın 2015-ci ildəki nailiyyətini təkrar edib.
Müəllif : Qolat.com
Şərhlər (0)