Millətlər Liqasının qalibi Portuqaliya oldu

Millətlər Liqasının qalibi Portuqaliya oldu

Millətlər Liqasının qalibi Portuqaliya oldu

UEFA-nın ilk dəfə təşkil etdiyi Millətlər Liqası turnirinə yekun vurulub.

Qolat.com-un məlumatına görə, Portuqaliyada təşkil olunan final mərhələsində son iki oyun keçirilib.

Öncə 3-cü yer uğrunda matç baş tutub. Gimaraynş şəhərində keçirilən qarşılaşmada İngiltərə və İsveçrə üz-üzə gəlib. Matçın 120 dəqiqəsi ərzində qapılara qol vurulmayıb. 

Üçüncü yerin taleyi penaltilər seriyasında həll olunub. Daha dəqiq olan futbolun yaradıcıları 6:5 hesabı ilə qalib gəliblər.

Həlledici qarşılaşma isə Portunun “Draqao” stadionunda baş tutub. Meydan sahibi Portuqaliya öz meydanında Hollandiya ilə qarşılaşıb.

Finalın taleyi görüşün ikinci hissəsində həll olunub. 60-cı dəqiqədə qüvvətli zərbə ilə qol vuran Qonsalo Qedeş Portuqaliya millisinə qitəmiqyaslı turnirlərdə ardıcıl ikinci titulu qazandırıb. AVRO-2016-nın qalibi Millətlər Liqasında ilk mövsümün kubokunu başı üzərinə qaldırıb. Üç qolla final mərhələsinin bombardiri olan Kriştianu Ronaldo isə “Allpay” mükafatına yiyələnib.

Beləliklə, 2018-ci ilin sentyabrında start götürən Millətlər Liqasının 2018-19 mövsümünə yekun vurulub. Yarışın yekununda qalib komanda kuboku başı üzərinə qaldırmaqla yanaşı 10,5, finalçı 9, üçüncü yer sahibi 8, həlledici mərhələnin uğursuzu 7 milyon avro qazanc edib.

Qeyd edək ki, başa çatan Millətlər Liqasının yekunlarına, həmçinin AVRO-2020-nin seçmə mərhələsinin nəticələrinə əsasən, 16 komanda qitə çempionatının pley-off mərhələsində iştirak edəcək. Portuqaliyadakı final mərhələsinin qalibinin AVRO-2020-yə yüksəldiyini düşünənlər olsa da, yarışın əsasnaməsində belə bir bənd yoxdur. Final mərhələsinin iştirakçıları seçmə oyunlar və pley-offdan sonra bəlli olacaq.


Müəllif : Qolat.com

Şərhlər (0)

Həmçinin oxu

Ölkə Futbolu
“Qəbələ” rəsmisi: “Akademiyanın yetirmələri ilə bağlı hazırkı durum məni qətiyyən qane etmir”
“Qəbələ” rəsmisi: “Akademiyanın yetirmələri ilə bağlı hazırkı durum məni qətiyyən qane etmir”
“İstəyirik ki, əsas komandanın start heyətindəki 11 nəfərin hamısı öz yetirməmiz olsun”. Qolat.com-un məlumatına görə, bunu “Report”a “Qəbələ” Futbol...
Dünya Futbolu
“Ayaks” ilk qarşılaşmada “Tottenhem” sipərini aşdı, PSJ-nin oyununda iki avtoqol - İcmal
“Ayaks” ilk qarşılaşmada “Tottenhem” sipərini aşdı, PSJ-nin oyununda iki avtoqol - İcmal
Çempionlar Liqasında yarımfinal mərhələsinə start verilib. Qolat.com-un məlumatına görə, ilk oyunlar çərçivəsində baş tutan qarşılaşmada “Tottenhem” İngiltərədə...
Dünya Futbolu
AC Milan FC Legends
AC Milan FC Legends
Dünya futbol tarixində iz qoymuş nəhəng klublar var. Dilindən, dinindən, irqindən asılı olmayaraq hamının sevdiyi, saydığı və adına, tarixinə hörmət etdiyi klublar. Bu klubların həm ölkə...
Dünya Futbolu
PSJ mövsümdə ilk məğlubiyyətini aldı
PSJ mövsümdə ilk məğlubiyyətini aldı
Fransa Liqa1-də II tur başa çatıb. Qolat.com-un məlumatına görə, turun son günündə 3 qarşılaşma keçirilib. Ötən mövsümün çempionu PSJ səfərdə...