
Dünya Futbolu
Millətlər Liqasının finalını kim idarə edəcək?
Millətlər Liqasının final oyununun hakimləri açıqlanıb.
Qolat.com-un məlumatına görə, UEFA həlledici qarşılaşmaya ispaniyalı baş hakim təyin edib.
İyunun 9-da Portu şəhərində keçiriləcək Portuqaliya – Hollandiya qarşılaşmasını Alberto Undiano Malyenko idarə edəcək. Onun başçılıq etdiyi briqadada həmyerliləri Roberto Alonso Fernandes, Xuan Karlos Yuste Ximenes və Mateu Lahoz kömək edəcək.
Qeyd edək ki, iyunun 9-da keçiriləcək İsveçrə və İngiltərə arasında 3-cü yer uğrunda oyunu rumıniyalı referi idarə edəcək. Matçın baş hakimi Ovidiu Alin Hateqana həmyerliləri Oktavian Şovre və Sebastyan Eugen George kömək edəcək. Yunanıstanlı Anastasios Sidiropoulos dördüncü hakim funksiyasını yerinə yetirəcək.
Müəllif : Qolat.com
Şərhlər (0)