“Qarabağ” Azərbaycan çempionu oldu, “Neftçi” və “Səbail” Avropa Liqasında - İcmal

“Qarabağ” Azərbaycan çempionu oldu, “Neftçi” və “Səbail” Avropa Liqasında - İcmal

“Qarabağ” Azərbaycan çempionu oldu, “Neftçi” və “Səbail” Avropa Liqasında - İcmal

Topaz Premyer Liqasında 2018/19 mövsümünün bütün mükafatçıları müəyyənləşib.

Qolat.com-un məlumatına görə, bu gün keçirilən XXVII turun başa çatan qarşılaşmalarından sonra həm qızıl, həm gümüş, həm də bürünc mükafatın sahibi rəsmiləşib.

Bu üzdən sonuncu – XXVIII tur mükafatlar baxımından formal xarakter daşıyacaq.

Ağdamın “Qarabağ” klubu öz meydanında “Səbail”lə görüşüb. 4:0 hesabı ilə qalib gələn Qurban Qurbanovun yetirmələri xal hesabını 63-ə çatdıraraq izləyiciləri üçün əlçatmaz olub. Bununla da Ağdam klubu ardıcıl 6-cı, ümumilikdə 7-ci Azərbaycan çempionluğunu rəsmiləşdirib. 

2-ci pillədə qərarlaşan “Neftçi” Qəbələdə eyniadlı komandaya 3:1 hesabı ilə qalib gəlsə də, 58 xala malik Roberto Bordinin yetirmələri çempionluq şansını itiriblər. Gümüş medalı təmin edən bakılılar tarixində 17-ci dəfə mükafat qazanmaqla rekordlarını yeniləyiblər.

“Qəbələ”nin qalib gələ bilməməsi, əyalət klubunun bürünc medal şansının üzərindən xətt çəkib. Ardıcıl 5 mövsüm “üçlük”də yer alan Sənan Qurbanovun yetirmələri “Səbail”ə çatmaq imkanını qaçırıb.

“Səbail” isə uduzsa da, 3-cü yeri təmin edib. Aftandil Hacıyevin yetirmələri klub tarixində ilk dəfə Premyer Liqanın mükafatını qazanıb. Bakı klubu bunu bacaran 17-ci komanda kimi tarixə düşüb.

“Qarabağ” Çempionlar Liqasına, “Neftçi” və “Səbail” isə Avropa Liqasına vəsiqəni təmin edib. İlk dəfə qitə miqyaslı turnirlərdə oynayacaq sonuncular Azərbaycanı avrokuboklarda təmsil edəcək 19-cu klub olacaq.


Müəllif : Qolat.com

Şərhlər (0)

Həmçinin oxu

Dünya Futbolu
“Qalatasaray” 22-ci dəfə Türkiyə çempionu oldu
“Qalatasaray” 22-ci dəfə Türkiyə çempionu oldu
Türkiyə Super Liqasında XXXIII tur davam edir. Qolat.com-un məlumatına görə, tur çərçivəsində daha dörd oyun keçirilib. Mərkəzi qarşılaşmada çempionluq uğrunda...
Dünya Futbolu
Avropa Liqasında yeni mövsüm 7 oyunla başladı
Avropa Liqasında yeni mövsüm 7 oyunla başladı
Avropa Liqasında 2019/20 mövsümünə start verilib. Qolat.com-un məlumatına görə, ilk oyunlar çərçivəsində 7 qarşılaşma baş tutub. Azərbaycan kubokunun qalibi...
Ölkə Futbolu
“Neftçi” uduzdu, “Qarabağ”dan çempionluğa doğru daha bir addım - İcmal
“Neftçi” uduzdu, “Qarabağ”dan çempionluğa doğru daha bir addım - İcmal
Bu gün Topaz Premyer Liqasında XXVI turun oyunları keçirilib. Qolat.com-un məlumatına görə, turun bütün qarşılaşmaları eyni gündə baş tutub. Çempionatın lideri...
Ölkə Futbolu
Şahruddin Premyer Liqa yolunda?
Şahruddin Premyer Liqa yolunda?
“Qarabağ” klubunun və milli komandamızın əsas qolkiperi Şahruddin Məhəmmədəliyev karyerasını Rusiya Premyer Liqasında davam etdirə bilər. Qapıçının həm klub səviyyəsində, həm də...