PSJ və "İnter" xal itirdi, "Barselona" ilə "Atletik" uduzdu, "Liverpul"dan çətin qələbə - İcmal

PSJ və

PSJ və "İnter" xal itirdi, "Barselona" ilə "Atletik" uduzdu, "Liverpul"dan çətin qələbə - İcmal

Fransa Liqa1-də XXXV turun dörd oyunu keçirilib.

Qolat.com-un məlumatına görə, çempion adını qazanmış PSJ yenə xal itirib.

Parislilər evdə “Nitsa”nı məğlub edə bilməyiblər. “Genqam”la “Kan” arasında qarşılaşmada da qalib müəyyənləşməyib.

Digər iki görüşdə turnir cədvəlindəki qonşular üz-üzə gəliblər. “Anje” “Bordo”nu, “Nim” “Reyms”i məğlubiyyətə uğradıb.

Qeyd edək ki, turun son oyunları mayın 5-də keçiriləcək.

İtaliya A seriyasında XXXV tur davam edir.

Turun daha iki oyunu keçirilib.

Çempionatın autsayderi “Kyevo” öz meydanında “Spal”la qarşılaşmada darmadağın olub. “İnter” isə “Udineze” ilə görüşüb. Matç qolsuz sülhlə başa çatıb.

Qeyd edək ki, turun digər oyunları mayın 5-6-da keçiriləcək.

İspaniya La Liqasında XXXVI tur davam edir.

Turun ikinci günündə 4 qarşılaşma keçirilib.

Çempionluğu təmin edən “Barselona” Viqoda “Selta”ya uduzub. “Atletiko” isə “Espanyol”la matçda darmadağına üzülüb.

“Real-Sosyedad” “Alaves”lə görüşdə çətin üç xal əldə edib. “Levante” “Rayo Valyekano” üzərində böyükhesablı qələbəyə sevinib.

Qeyd edək ki, tura mayın 5-də yekun vurulacaq.

İngiltərə Premyer Liqasında XXXVII turun beş oyunu keçirilib.

Çempionluq mübarizəsi aparan “Liverpul” “Nyukasl”a son dəqiqələrdə vurulan qələbə qolu ilə qalib gəlib.

Mükafatlara iddialı “Tottenhem” isə “Bornmut”a uduzub. Sonuncular kimi “Vest Hem”, “Vulverhempton” və “Kristal Pelas” da qələbə qazanıb.

Qeyd edək ki, turun digər oyunları mayın 5-6-da keçiriləcək.


Müəllif : Qolat.com

Şərhlər (0)

Həmçinin oxu

Ölkə Futbolu
Çempionlar Liqası: “Qarabağ” “Partizani”yə qalib gəldi
Çempionlar Liqası: “Qarabağ” “Partizani”yə qalib gəldi
“Qarabağ” klubu Çempionlar Liqasının II təsnifat mərhələsinə yüksəlib. Qolat.com-un məlumatına görə, bu, I təsnifat mərhələsinin “Partizani” ilə cavab oyunundan sonra...
Dünya Futbolu
Xavi “Betis”in baş məşqçisi olacaq
Xavi “Betis”in baş məşqçisi olacaq
İspaniyanın “Betis” klubunun yeni baş məşqçisi müəyyənləşib. Qolat.com-un məlumatına görə, yeni mövsümdən komandanı Xavi Ernandes çalışdıracaq. İspaniya...
Dünya Futbolu
Alman maşını xodlandı.
Alman maşını xodlandı.
Avropa Çempionatında ilk qarşılaşmada Fransaya məğlub olan Almaniya millisi 0-1 hesabı ilə geri düşdüyü qarşılaşmada Portuqaliya millisini 4-2 hesabı ilə məğlub etməyi bacardı....
Dünya Futbolu
"Arsenal" Bakıda
Mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək UEFA Avropa Liqasının finalçılarından biri bu gün paytaxtımıza gəlib. Qolat.com-un məlumatına görə, İngiltərənin London şəhərini...