“Barselona”dan səfər qələbəsi, “Leypsiq” finalda - İcmal

“Barselona”dan səfər qələbəsi, “Leypsiq” finalda - İcmal

“Barselona”dan səfər qələbəsi, “Leypsiq” finalda - İcmal

İspaniya La Liqasında XXXIV tura start verilib.

Qolat.com-un məlumatına görə, turun ilk günündə 3 qarşılaşma keçirilib.

Tur autsayderlər qrupunda yer alan komandalar üçün uğurlu başlayıb. “Ueska” “Eybar” üzərində qələbə ilə sonuncu pilləni tərk edib.

“Valyadolid” isə təhlükəli zonada qərarlaşan digər komanda “Jirona”nı çətinliklə məğlub edib. Çempionluğu çoxlarında şübhə doğurmayan “Barselona” isə “Alaves”in qonağı olub.

Meydan sahiblərinin müqavimətini ikinci hissədə qıran kataloniyalılar qızıl medallara doğru daha bir addım atıblar.

Qeyd edək ki, turun digər oyunları aprelin 24-25-də keçiriləcək.

İngiltərə Premyer Liqasında iki təxirə salınmış oyun keçirilib. 

Müxtəlif turlardan qalan bu iki qarşılaşmada üç qol vurulub.

“Sauthempton”un “Uotford”la görüşdəki erkən qolu qələbə üçün kifayət etməyib. Meydan sahibləri son dəqiqədə məğlubiyyətdən qaça biliblər.

Mükafatlar uğrunda mübarizə aparan “Tottenhem” isə “Brayton”la qarşılaşmada qələbə qazanıb. Maurisio Poçettinonun yetirmələri hakimin final fitinə 2 dəqiqə qalmış vurulan qolla 3 xal əldə edib.

Qeyd edək ki, aprelin 24-də daha iki təxirə salınmış oyun keçiriləcək.

Almaniya kubokunda yarımfinal mərhələsi start götürüb.

İlk finalçı Hamburqda müəyyənləşib.

Şəhərin eyniadlı komandası “Leypsiq”i qəbul edib. 3:1 hesabı ilə qələbə qazanan qonaqlar klub tarixində ilk dəfə finala vəsiqə qazanıblar.

Qeyd edək ki, digər finalçı aprelin 24-də keçiriləcək “Verder” – “Bavariya” oyununda bəlli olacaq. Final matçı mayın 25-də Berlindəki Olimpiya stadionunda baş tutacaq.


Müəllif : Qolat.com

Şərhlər (0)

Həmçinin oxu

Ölkə Futbolu
"Qəbələ"nin yeni prezidentinin adı açıqlandı
"Qəbələ" İdman Klubunun yeni prezidentinin adına aydınlıq gəlib.  Klubdan Qolat.com-a verilən məlumata görə, Tale Heydərovun prezident vəzifəsindən istefasından sonra bu posta Fariz...
Dünya Futbolu
İbrahimoviç:
İbrahimoviç: "Mən "Mançester Siti" klubundan daha böyüyəm"
"Mançester Siti" azarkeşlərinin sosial şəbəkələrdə Zlatan İbrahimoviçii istəmədiklərini bildirmələrinə tanınmış futbolçu özünəməxsus şəkildə cavab...
Dünya Futbolu
İlin ən yaxşı qoluna namizədlər açıqlandı - Siyahı
İlin ən yaxşı qoluna namizədlər açıqlandı - Siyahı
FİFA ilin ən yaxşı qoluna namizədlərin siyahısını açıqlayıb. Qolat.com-un məlumatına görə, Ferens Puşkaş adına mükafata 10 iddiaçı müəyyənləşib. Bunlardan 7-si kişi...
Dünya Futbolu
"Ayaks"ın futbolçuları "Tottenhem"lə oyun zamanı iftar açıblar
Hollandiya "Ayaks"ının futbolçuları - Nussayr Mazraui və Hakim Ziyeş Çempionlar Liqasında İngiltənin "Tottenhem" komandası ilə yarımfinal mərhələsinin cavab...