"Qəbələ" "Qarabağ"ı məğlub etdi

"Qəbələ" "Qarabağ"ı məğlub etdi

Futbol üzrə Azərbaycan Kubokunda yarımfinal mərhələsinə start verilib.

Qolat.com-un məlumatına görə, raundun ilk oyununda yarışın sonuncu finalçısı "Qəbələ" Premyer Liqanın lideri "Qarabağ"ı qəbul edib. 

Görüş meydan sahiblərinin minimal hesablı qələbəsi ilə yekunlaşıb - 1:0. Qarşılaşmada yeganə qolu 72-ci dəqiqədə Ceyms Adeniyi vurub.

Cavab görüşləri mayın 1-də olacaq. 

Məlumat üçün bildirək ki, "Qarabağ" komandası Azərbaycan Kubokunun yarımfinal mərhələsinin cavab oyununa ciddi itki ilə çıxacaq.

Ağdam təmsilçisinin heyətində Maksim Medvedev "Qəbələ" ilə səfər matçının 35-ci dəqiqəsində sarı vərəqə alıb. 30 yaşlı müdafiəçi cəzalı duruma düşdüyü üçün növbəti oyunu buraxacaq.


Müəllif : Qolat.com

Şərhlər (0)

Həmçinin oxu

Ölkə Futbolu
Nihat Kahveci - Bakıda
Nihat Kahveci - Bakıda
QOLAT Sport Services olaraq sizlərə çox maraqlı bir tədbir haqqında məlumat vermək istərdik, daimi əməkdaşlıq etdiyimiz Baku Business School təşkilatçılığı ilə möhtəşəm tədbir...
BİZON STUDENT CUP
BIZON Student Cup'da - Final həyacanı!
BIZON Student Cup'da - Final həyacanı!
Keçdiyimiz həftənin bazar günü "Bizon Energy" nin baş sponsorluğu ilə təşkil etdiyimiz tələbələr arası mini futbol turniri olan "Bizon Student Cup" da yarımfinal...
Dünya Futbolu
Millətlər Liqasının qalibi Portuqaliya oldu
Millətlər Liqasının qalibi Portuqaliya oldu
UEFA-nın ilk dəfə təşkil etdiyi Millətlər Liqası turnirinə yekun vurulub. Qolat.com-un məlumatına görə, Portuqaliyada təşkil olunan final mərhələsində son iki oyun keçirilib. Öncə...
Dünya Futbolu
AVRO-2020: Türkiyədən böyükhesablı qələbə, Ronaldo pokerə imza atdı - İcmal
AVRO-2020: Türkiyədən böyükhesablı qələbə, Ronaldo pokerə imza atdı - İcmal
Bu gün AVRO-2020-nin seçmə mərhələsində VI tura yekun vurulub. APA-nın məlumatına görə, A, B və H qruplarında yeddi qarşılaşma keçirilib. A qrupunda İngiltərə Kosovo ilə...