“Mançester Yunayted”in əfsanəsi həbs olundu

“Mançester Yunayted”in əfsanəsi həbs olundu

“Mançester Yunayted”in əfsanəsi həbs olundu

İngiltərənin “Mançester Yunayted” klubunun əfsanəsi Niki Batt həbs olunub.

Qolat.com-un məlumatına görə, sabiq futbolçu həyat yoldaşı ilə münaqişə üzündən saxlanılıb.

Hazırda Mançester klubunun futbol akademiyasının rəhbəri olan 44 yaşlı N.Battın gecə saat 2-də evə gəldiyi üçün həyat yoldaşı ilə mübahisəsi düşüb. Dava-dalaş polisin hadisə yerinə çağırılması ilə nəticələnib.

 

Sabiq futbolçunun xanımında kiçik xəsarətlər aşkarlanıb. Lakin Şelli Barlou xəstəxanaya yerləşdirilməkdən imtina edib. Futbolçu isə hadisənin araşdırılması üçün polis bölməsinə aparılıb.

Qeyd edək ki, N.Batt 1992-2004-cü illərdə “Mançester Yunayted”də çıxış edib. O, komandası ilə Çempionlar Liqası və Qitələrarası kubokun, daxili arenada isə 6 dəfə Premyer Liqanın, 2 dəfə ölkə kubokunun, 4 dəfə Superkubokun qalibi olub.


Müəllif : Qolat.com

Şərhlər (0)

Həmçinin oxu

Dünya Futbolu
"Qalatasaray" 16-cı dəfə Türkiyə Superkubokunu qazandı
Türkiyə Superkubokunun qalibi müəyyənləşib. Qolat.com-un məlumatına görə, həlledici qarşılaşmada ölkə çempionu və kubokunun qalibi olan “Qalatasaray”...
Ölkə Futbolu
"Neftçi" "Arsenal"ı darmadağın etdi
UEFA Avropa Liqasının II təsnifat mərhələsinin oyunları keçirilib. Qolat.com-un məlumatına görə, Azərbaycanın "Neftçi" klubu Rusiyanın Tula şəhərini rəmsil edən...
Dünya Futbolu
"Bavariya" yoldaşlıq görüşündə 23 qol vurdu
Almaniya "Bavariya"sı yoxlama matçında eyni ölkənin "Rottaq-Eqern" klubu ilə qarşılaşıb. Qolat.com-un məlumatına görə, qarşılaşma Münhen təmsilçisinin 23:0...
Dünya Futbolu
Çempionlar Liqasında mövsümün komandası açıqlandı
Çempionlar Liqasında mövsümün komandası açıqlandı
Çempionlar Liqasının 2018/2019 mövsümünün komandası açıqlanıb.  Qolat.com-un məlumatına görə, UEFA rəmzi komandaya 20 futbolçunun adını daxil edib. Bunlardan...