Badminton üzrə Azərbaycan çempionatı başlayır

Badminton üzrə Azərbaycan çempionatı başlayır

Badminton üzrə Azərbaycan çempionatı başlayır

Noyabrın 8-də badminton üzrə Azərbyacan çempionatına start veriləcək.

Azərbaycan Badminton Federasiyasından Qolat.com-a verilən məlumata görə, Azərbaycan Texniki Universitetinin idman sarayının əsas zalında keçiriləcək çempionatda qaliblər 5 kateqoriya üzrə müəyyənləşəcək.

Badminton Federasiyası ilə Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə keçiriləcək yarış 4 gün davam edəcək.

Noyabrın 11-də kişi və qadınların şəxsi, eləcə də qoşa yarışlarında, eyni zamanda, qarışıq cütlərdə final qarşılaşmaları keçiriləcək.

Kateqoriyalar üzrə ilk 3 yeri tutmuş badmintonçular nazirlik və federasiya tərəfindən diplomlarla, medallarla təltif olunacaqlar.

Turnirin keçirilməsində məqsəd badmintonun respublikanın şəhər və rayonlarında inkişafına nail olmaq, perspektivli idmançıları aşkar etmək, milli komandanın tərkibini müəyyənləşdirməkdir.

Yarışlar hər gün saat 15:00-dan etibarən başlayacaq.

Giriş sərbəstdir.


Müəllif : Cavid QƏDİR

Şərhlər (0)

Həmçinin oxu

Dünya Futbolu
UEFA-nın rəmzi onbirliyinə namizədlərin adları açıqlandı - Siyahı
UEFA-nın rəmzi onbirliyinə namizədlərin adları açıqlandı - Siyahı
UEFA 2018-ci ilin rəmzi onbirliyinə namizədlərin adlarını açıqlayıb.  Qolat.com-un xarici KİV-ə istinadən məlumatına görə, ötən mövsüm Çempionlar Liqası kubokunu qazanan...
Dünya Futbolu
Kloppdan
Kloppdan "Mançester Siti" açıqlaması
"Liverpul"un baş məşqçisi Yurgen Klopp maraqlı açıqlama ilə gündəmə gəlib. Qolat.com-un məlumatına görə, o deyib ki, "Mançester Siti" dünyanın ən yaxşı...
QOLAT CUP
II Qolat Cup başlanır !
II Qolat Cup başlanır !
“Qolat Sport Service”in təşkil etdiyi və artıq ənənəyə çevrilən  Qolat Cup-ın “ikinci dublu” start götürür. I Qolat Cup-da olduğu kimi Cup-ın indiki...
VI DOSTLUQ CUP
VI DOSTLUQ CUP / II TUR
VI DOSTLUQ CUP / II TUR
QOLAT Sport Services olaraq hər il ənənəvi olaraq təşkil etdiyimiz DOSTLUQ CUP mini futbol turnirinin qrup mərhələsinin ikinci turunu geridə qoyduq. Bu turda bir - birindən maraqlı və gərgin mübarizə...