MARSOL Minifutbol 2025 turnirinin yarımfinal mərhələsi başa çatdı
11.01.2026-cı il tarixində MARSOL Minifutbol turnirinin yarımfinal mərhələsi böyük həyəcanla baş tutdu ⚽🔥
Günün ilk yarımfinal qarşılaşmasında Global Logistic komandası gərgin mübarizə şəraitində Birbank Biznes üzərində 1:0 hesablı qələbə qazanaraq finala yüksəldi 💪🏽🏆
Oyun boyunca meydanda yüksək temp, sərt mübarizə və dramatik anlar yaşandı ⏱️⚔️
İkinci yarımfinal görüşündə isə KOBİA komandası inamlı oyun nümayiş etdirərək SOCAR üzərində 2:0 hesablı qələbə qazandı 👏🔥
Bu qarşılaşmada həm taktiki üstünlük, həm də komanda oyunu xüsusi diqqət çəkdi .Azarkeşlərin coşqulu dəstəyi yarımfinal oyunlarına əlavə enerji qatdı.Hər iki oyunda futbolun emosiyası və rəqabət ruhu açıq şəkildə hiss olundu.Beləliklə, yarımfinal mərhələsinin sonunda finalın iştirakçıları müəyyənləşdi və turnirdə həyəcan zirvəyə çatdı 🎉🏟️