⚽ SUMQAYITIN İDMAN UĞURUNA DƏSTƏK OLAQ!

Nurlan Ağayev • 16 October, 2026

Azərbaycan çempionatının 4-cüsü olan Sumqayıt Mini Futbol Klubunun yeni hədəflərə çatması üçün sponsor və tərəfdaşlar axtarırıq.
 

Sumqayıt Mini Futbol Klubu olaraq şəhərimizi futbol meydanlarında layiqincə təmsil etmək, klubumuzu inkişaf etdirmək və yeni uğurlara imza atmaq üçün fəaliyyətimizi davam etdiririk. 2025–2026-cı il mövsümündə Minifutbol üzrə Azərbaycan çempionatında 4-cü yeri tutaraq Avropa çempionatına vəsiqə qazanmağımız klubumuzun əldə etdiyi mühüm nailiyyətlərdən biridir. Bu nəticə komandamızın əzmini, zəhmətini və daha böyük hədəflərə çatmaq istəyini nümayiş etdirir. Təəssüf ki, maliyyə imkanlarının məhdudluğu səbəbindən Avropa çempionatına qazandığımız lisenziyadan istifadə edə bilmədik. Buna baxmayaraq, qarşımıza qoyduğumuz məqsədlərdən geri çəkilmir, gələcək yarışlarda daha yüksək nəticələr əldə etməyi hədəfləyirik. Bu yolda əsas məqsədlərimizdən biri klubun maliyyə dayanıqlığını gücləndirmək, komandanın inkişafını təmin etmək və Sumqayıtın idman nüfuzuna töhfə verməkdir. Şirkətləri, sahibkarları və idmana dəstək göstərmək istəyən tərəfdaşları klubumuzla əməkdaşlığa dəvət edirik. İnanırıq ki, birgə səylər və düzgün tərəfdaşlıq sayəsində Sumqayıt Minifutbol Klubunun yeni uğurlarına yol aça və şəhərimizi beynəlxalq arenada təmsil etmək fürsətini reallaşdıra bilərik.

Paylaş