
Nihat Kahveci - Bakıda
QOLAT Sport Services olaraq sizlərə çox maraqlı bir tədbir haqqında məlumat vermək istərdik, daimi əməkdaşlıq etdiyimiz Baku Business School təşkilatçılığı ilə möhtəşəm tədbir keçiriləcəkdir.
Ətraflı olaraq qeyd edək ki, fevral ayının 23-də Türkiyənin tanınmış spikerlərinin təqdimatında Bakı Fərdi İnkişaf Zirvəsi keçiriləcəkdir. Fərdi İnkişaf Zirvəsində Türk Futbolunun məşhur siması, Azərbaycanda da yetəri qədər sevilən futbolçu Nihat Kahveci , eləcədə “TRT Spor” Aparıcısı Erdoğan Arıkan, “TRT Haber “ Aparıcısı Tijen Karaş və İş Adamı Mustafa Açıkgözün çıxışları olacaqdır.
Bir günlük seminarın mövzuları olduqca maraqlı və aktualdır ,mövzular aşağıdakı kimidir.
- Nihat Kahveci - Uğura Gedən Yolda İnam və Cəsarətin İdarə Edilməsi
- Tijen Karaş - Bədən Dili və Diksiya
- Erdoğan Arıkan -Auditoriya qarşısında çıxış və Nitq Sənəti
- Mustafa Açıkgöz -Təşəbbüskarlıqdan Sahibkarlığa
İdmanda uğur qazanmaq yalnız məşqlərdən ibarət deyil, eyni zamanda həmin idmanın texniki və elmi hissəsini də mükəmməl bilmək lazımdır, məhz bu kimi seminarlarda sizlər bu bilgilərinizi artıra bilərsiniz.
İştirak etmək istəyənlər aşağıda qeyd etdiyimiz ünvandan biletləri əldə edə bilərlər.
Biletlər üçün:
Caspian Business Center 3-cü mərtəbə -Baku Business School ofisi
C Cabbarlı küç,.44
☎ (+994 12) 404 75 36 / (+994 50) 508 11 61
Tədbirin keçirilmə məkanı və tarixi:
Tarix: 23 Fevral 2020
Qeydiyyat : 12:00
Tədbir başlama Saatı: 13:00
Yer: Avropa Azərbaycan məktəbi Konfrans Zalı
Speaker sayı: 4
Təşkilatçı: Baku Business School
Kreatif Tərəfdaş : Duyme Agency
Tədbir linki : https://bit.ly/3618Rro
Spikerlər:
1. Nihat Kahveci - Futbolçu və Texnik Direktor
2.Tijen Karaş - TRT Xəbər və Tedx Spiker
3.Erdoğan Arıkan - TRT İdman və Tedx Spiker
4.Mustafa Açıkgöz - Joven Academia - Təsisiçi və Futbol Meneceri
Əməkdaşımız Baku Business School'a bu möhtəşəm tədbirdə uğurlar arzu edirik.
Müəllif : www.qolat.com
Şərhlər (0)