“Qarabağ” Miçellə müqaviləni yenilədi

“Qarabağ” Miçellə müqaviləni yenilədi

“Qarabağ” Miçellə müqaviləni yenilədi

“Qarabağ” klubu futbolçusu Miçellə yeni müqavilə imzalayıb.

Qolat.com-un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, müqaviləsi başa çatan ispaniyalı yarımmüdafiəçi daha iki il Ağdam təmsilçisinin formasını geyinəcək.

Miçel geridə qalan mövsümdə 36 oyunda meydanda olub, 8 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.

2015-ci ildən “Qarabağ”da çıxış edən Miçel 144 oyunda 29 qol vurub. Futbolçu 4 dəfə Topaz Premyer Liqası, 2 dəfə isə Azərbaycan kubokunun qalibi olub.

Qeyd edək ki, “Qarabağ” bir müddət əvvəl Qara Qarayevlə də müqaviləsini yeniləmişdi.


Müəllif : Qolat.com

Şərhlər (0)

Həmçinin oxu

Ölkə Futbolu
“Qarabağ” Avropa Liqasının qrup mərhələsində
“Qarabağ” Avropa Liqasının qrup mərhələsində
Azərbaycan çempionu “Qarabağ” Avropa Liqasının qrup mərhələsinə yüksəlib. Qolat.com-un məlumatına görə, Qurban Qurbanovun yetirmələri qrupa vəsiqəni pley-off mərhələsinin...
Dünya Futbolu
Dünyanın ən yaxşı qapıçısı üçün yeni mükafat
Dünyanın ən yaxşı qapıçısı üçün yeni mükafat
Dünyanın ən yaxşı futbol qapıçısı üçün yeni mükafat təsis olunub. Qolat.com-un məlumatına görə, “France Football” nəşri planetin ən yaxşı qolkiperinə...
Dünya Futbolu
Pendirdən pay verərlər, xaldan əsla!
Pendirdən pay verərlər, xaldan əsla!
Avropa Çempionatının C qrupunun əsas favoritləri Hollandiya və Ukrayna milliləri üz-üzə gəliblər. İlk hissə qolsuz başa çatsa da, oyuna sürətli başlayan Hollandiya millisi ara-sıra...
BİZON STUDENT CUP
"BIZON STUDENT CUP" da Final
Ölkənin ən çox sevilən enerji içkisi olan “Bizon Energy” nin baş sponsorluğu, QOLAT Sport Servicesin təşkilatçılığı ilə yalnız tələbələr arasında keçirilən Bizon...