
Dünya Futbolu
“Atletiko” “Barselona”nın çempionluğunu təxirə saldı
İspaniya La Liqasında XXXIV tur davam edir.
Qolat.com-un məlumatına görə, turun ikinci günündə 4 qarşılaşma keçirilib.
Günün mərkəzi oyunu Madriddə baş tutub. “Atletiko” öz meydanında “Valensiya”nı qəbul edib. 3:2 hesablı qələbə qazanan paytaxt təmsilçisi “Barselona”nın çempionluğunu ən azı növbəti turadək təxirə salıb.
“Atletik” səfərdə “Leqanes”i, “Levante” evdə “Betis”i məğlub edib. “Selta” və “Espanyol”un duelində isə qalib müəyyənləşməyib.
Qeyd edək ki, tura aprelin 25-də yekun vurulacaq.
Müəllif : Qolat.com
Şərhlər (0)