II Bizon Student Cup ” ın Əsasnaməsi

 

1. Giriş
“QOLAT Sport Service” MMC şirkəti “II Bizon Student Cup” – təşkil edərək, həvəskarlar arasında futbolun təbliğini təmin etmək, turnirdə baş tutacaq olan oyunları təşkil etmək, qalibləri müəyyən etmək, mükafatlandırmaq və eyni zamanda oyunların gedişatına nəzarət edəcəkdir.

2. QOLAT Sport Services MMC -nin vəzifələri
2.1 Oyunların oynanılacağı yüksək səviyyəli   stadionların müəyyən edilməsi və oyunların təşkili;
2.2 Oyunları idarə etmək üçün “AFFA” dərəcəli hakimlərin təyin edilməsi;
2.3 Komanda kapitanlarıyla birlikdə turnirin püşkatmasını təşkil etmək;
2.4 Turnir müddətində fotoçəkilişlər, video çəkilişlər və həmçinin oyun öncəsi və sonrası video müsahibələrin təşkili;
2.5 Turnirin açılış mərasiminin təşkili və komandaların açılış, püşk atma və qapanış mərasiminə dəvət edilməsi;
2.6 Turnir zamanı komandaların su və çay ilə təmin edilməsi;
2.7 Sosial mediada turnir iştirakçılarının reklamı;
2.8 İştirakçı komandaların bayraqlarının oyunlar zamanı çəkilişlərdə istifadə olunması və stadionda asılması.
2.9 Oyunların vaxtının cədvələ görə təyin edilməsi;
2.10 Yaranan problem və mübahisəli məsələlərin həll edilməsi;
2.11 Hər bir komandaya xüsusi futbol formalarının təmin edilməsi.
 
3. Büdcə

3.1 Komandaların “II Bizon Student Cup”-a girişi üçün tələb olunan vəsait 200 AZN-dir. Ödəniş turnir başlamadan öncə müqavilə imzandığı zaman  ödənilməlidir.
 
 
4. Mükafatlar
" II Bizon Student Cup " mükafatları :
4.1 1-ci yer tutan komandaya  “1500”Azn pul mükafatı, həmçinin kubok və medal təqdim ediləcəkdir.
4.2 2-ci yer tutan komandaya “1000 ”, Azn pul mükafatı həmçinin kubok və medal təqdim ediləcəkdir..
4.3  3-cü yer tutan komandaya “500” ,Azn pul mükafatı həmçinin kubok və medal təqdim ediləcəkdir.
4.4 Turnirin ən çox qol vuran oyunçusuna xüsusi mükafat veriləcəkdir.
4.5 Turnirin ən yaxşı qapıçısına xüsusi mükafat veriləcəkdir.
4.6 Fərqlənən komanda və oyunçulara müxtəlif hədiyyələr veriləcəkdir.
 

5. Oyunların keçirilmə vaxtı
5.1 QOLAT Sport Service MMC -nin təşkil etdiyi oyunlar şənbə günü səhər saatlarında başlayacaqdır.
6. Komandaların Öhdəlikləri

6.1 Komanda kapitanı www.qolat.com saytına daxil olaraq “KOMANDANI YARAT” bölməsindən öz komandasını yaratmalı, eləcədə komanda üzvlərinə aid məlumatları qeyd etməlidir.
6.2 İştirakçı komandalar turnir başladıqdan sonra qeydiyyat siyahısına daxil etdikləri oyunçulardan əlavə turnirə başqa oyunçu daxil edə bilməzlər.
6.3 Turnirə qatılan komandaların heyəti fərqli “Universitet və Kollec” tələbələrindən ibarət ola bilər, yəni ayrı-ayrı üniversitet və kollec tələbələri birləşib bir komanda yarada bilərlər.
6.4 Hər oyun öncəsi oyun protokolunda adları qeyd edilən oyunçular meydançaya çıxa bilər, oyun protokolunda adı olmayan oyunçular həmin oyunda oynaya bilməz, belə hala rast gəlinərsə komandaya texniki məğlubiyyət veriləcək.
6.5 Komanda onu təmsil edən və ya meydançada dəstəkləyən hər hansısa şəxsin (futbolçular, azarkeşlər və s.) davranışlarına görə məsuliyyət daşıyır.
6.6 Hər komanda özünə kapitan təyin etməli və ilkin qeydiyyat zamanı kapitan öz əlaqə vasitələrini “Təşkilatçı”ya təqdim etməlidir.
6.7 Komandalar oyun zamanı hakimlərə hörmətlə yanaşmalı, onların işinə müdaxilə etməməli və onlara qarşı hər hansı təhqir və ya fiziki təzyiqə yol verməməlidirlər. Əks halda “Təşkilatçı (QOLAT Sport Service MMC)” tərəfindən cəzalandırıla bilərlər. Cəza komandanın fərdi üzvünə və ya bütovlükdə komandaya tətbiq edilə bilər.
 
7. Komandaların Heyətinin təşkili

7.1. Bir komanda minimum 8-ə qədər oyunçudan ibarət heyətlə turnirə qatılmalıdır, lakin oyun zamanı 5 oyunçu , 1 qapıçı olmaqla toplamda 6 nəfər iştirak edəcəkdir. 
7.2.  Qeydiyyat zamanı hər komandadan 1 nəfər kapitan təyin edilərək “Təşkilatçı”ya təqdim edilməlidir.
7.3 Kapitanlar püşkatma mərasimində iştirak etməli və komandalarının üzvlərini “Təşkilatçı”ya qeydiyyatın bitmə tarixi olan 25.12.2023-ci il tarixinədək öncədən təqdim etməlidirlər. Saytdan onlayn qeydiyyatdan keçən oyunçular turnirdə iştirak etmə hüququ əldə edir. Eləcə də onlayn qeydiyyat zamanı komanda üzvlərinin  şəxsiyyət vəsiqələri  və iş yerindən arayış (e-gov portalından olan sənəd ) komandanın saytdakı şəxsi kabinetinə yüklənməlidir.
8. Müsabiqə sistemi / Qrup mərhələsi

8.1 . “II Bizon Student Cup”  qrup mərhələli turnir olub, hər qrupda 4 komanda yer almaqdadır. 8 qrupda  32 komandanın iştirakı nəzərdə tutulmuşdur.
8.2. Qrupda iştirak edən komandaların müəyyən olunması püşkatma ilə təyin ediləcəkdir.
8.3. Qrup mərhələsində hər bir komanda 3 oyun keçirəcəkdir. Qrup mərhələsində qalibiyyət 3 xal, bərabərlik 1 xal, məğlubiyyət 0 xaldır.
8.4. Qrupdan yalnız ən çox xal toplamış ilk iki komanda növbəti tura keçir.
8.5. Əgər qrupda hər iki komandanın xal sayı eynidirsə, qol fərqində (çox qol vuran) üstün olan komanda önə keçəcəkdir.
8.6. Əgər qrupda bir neçə komandanın xal sayı və qol sayı eynidirsə, o zaman öz aralarındakı oynanılan oyunlara görə sıra müəyyənləşəcək.
8.7. Əgər bir qrupda 3 komandanın xal sayı, müsbət qol sayı və öz aralarındakı oyunlarda da bərabərlik varsa, bu zaman komandaların aldıqları sarı və qırmızı kartlar hesablanacaq ( 2 sarı kart = 1 qırmızı kart),daha az kart alan komanda üstünlük əldə edəcəkdir.
8.8. Ələmə mərhələlərində məğlub olan komandalar müsabiqəni tərk edəcəkdir.
8.9. Yarımfinalda məğlub olan komandalar 3-cü yer uğrunda əlavə 1 oyun keçirəcəklər.
8.10. Pley-off mərhələsində oyunlar heç-heçə nəticələnərsə, komandalar birbaşa penaltilər seriyasına keçid alacaqlar.Hər komanda  5 penalti zərbəsi yerinə yetirəcək. Protokolda adı olan istənilən oyunçu penal zərbəsini vura bilər.Penal vuruşları zamanı komanda qapıçını dəyişə bilər. Penal 6 metrdən vurulacaqdır.
8.11. 1 oyun vaxtı maksimum 1 saat  ola bilər.
9. Oyun qaydaları

9.1 Oyunlar iki dövrədən ibarətdir. Hər hissə 25(iyirmi beş) dəqiqə, hissələrdə fasilə isə 5(beş) dəqiqədir. Oyunçuların əvəzetməsi matçın protokolunda adları göstərilmiş futbolçulardan limitsiz sayda həyata keçirilir.
9.2. Oyunun istənilən vaxtında meydançada 6 oyunçu olmalıdır (1+5) , oyundan çıxan oyunçu təkrar oyuna daxil ola bilər. Oyunçuların əvəzetməsi matçın protokolunda adları göstərilmiş futbolçulardan limitsiz sayda həyata keçirilir.
9.3. Ehtiyat oyunçu sadəcə komanda yoldaşı meydançanı tərk etdikdə, stadionun mərkəz hissəsindən meydana daxil ola bilər.
9.4. Hansısa komanda istənilən oyunda protokola daxil etmədiyi oyunçudan istifadə edərsə (həmin oyunçu ilkin qeydiyyat zamanı siyahısında olsa belə  lipa sayılacaq)  və həmin oyunda qalib gələrsə, oyunun nəticəsi ləğv olunacaq,  lipadan istifadə edən komandaya texniki məğlubiyyət veriləcək (0:5) və 3 xal rəqib komandanın hesabına yazılacaqdır.
9.5. Oyundan kənar vəziyyət yoxdur.
9.6. Yan xətdən topun oyuna daxil edilməsi ayaq zərbəsiylə baş tutmalıdır.Yan xətdən birbaşa qapıya vurulan qollar qeydə alınmayacaqdır.
9.7. Yan xətdən topu oyuna daxil edən oyunçu hakimdən rəqibin 5 metrə məsafədə durmağını tələb edə bilər, əks halda ən az 2 metr məsafə olmalıdır. Cərimə zərbələri zamanı bu məsafə  ən az 5 metr olmalıdır.
9.8.Oyun zamanı qapıçı qapıdan zərbə zamanı topu yalnız əli ilə oyuna daxil edə bilər. Eləcə də, oyunçu öz qapıçısına ayaqla pas ötürərsə, qapıçı topu əli ilə qəbul edə bilməz . Əgər oyunçu öz qapıçısına ayaqla pas ötürdükdən sonra qapıçı topu əli ilə qəbul edərsə, bu zaman həmin komandanın qapısına sərbəst zərbə təyin olunacaq. Oyunçu öz qapıçısına yalnız başı və sinəsi ilə pas ötürdüyü halda, qapıçı topu əli ilə qəbul edə bilər .
9.9. Turnirdə oyunlar 5 nömrə topla oynanılacaqdır.
9.10. Oyun zamanı 6-cı dəfə cərimə qaydasını pozan komandanın qapısına 10 metirlik cərimə zərbəsi təyin edilir. Cərimə zərbəsi yerinə yetirildikdən sonra cərimələr sıfırlanır. Birinci hissədə toplanan  cərimə sayları 2-ci hissəyə keçmir.
9.11. Hər hansısa komandanın oyunçusu qırmızı kart alaraq  meydanı tərk edərsə, komanda həmin hissəni qalan oyunçu sayı ilə davam etdirir. Növbəti hissə heyət tamamlanır, əgər oyunun ikinci hissəsində oyunçu qırmızı kart alarsa komanda həmin hissəni qalan oyunçu sayı ilə davam etdirir.  Bu maddə həm qrup, həm də sonrakı mərhələlərə də şamil ediləcəkdir.
9.12. Penalti zərbələri zamanı  növbə ilə hər komanda 5 zərbə vurur.Komandanın istənilən oyunçusu zərbəni yerinə yetirə bilər və komanda penaltilərdə qapıçını dəyişə bilər.Nəticə heç-heçə olarsa, qalib təyin olunana qədər hər komanda 1 zərbə vuracaqdır. 
9.13. Etik qaydaları və idman normalarını pozan oyunçular üçün birbaşa qırmızı kart və bir neçə oyunluq cəzalar tətbiq olunacaqdır.
9.14. Komanda oyunun başlama saatından 15 dəqiqə öncə hazır vəziyyətdə olmalı, oyun protokolunu imzalayaraq təşkilatçı nümayəndəyə təqdim etməlidir. Oyun başladığı saatdan 15 dəqiqə keçmişsə və komanda ən azı 4 nəfərlə meydançada olmazsa, komandaya texniki məğlubiyyət (0:5) veriləcəkdir və rəqib komandaya 3 xal veriləcəkdir.
9.15. Bundan başqa, oyunçuların stadiona butsu ilə, eləcə də rəqibə və ya özünə təhlükə törədəcək;  qolbağ, bilərzik, boyunbağı, saat, kəsici alətlər və s. kimi əşyalarla daxil olması qadağandır. Oyun zamanı belə hala rast gəlinərsə oyunun hakimi tərəfindən oyunçuya və  ümumilikdə komandaya cəza tətbiq ediləcəkdir.
9.16. Müsabiqə zamanı baş verən münaqişəli məsələləri təşkilatçı qurum olan “QOLAT Sport Service MMC” həll edəcəkdir.
9.17. Turnir ərzində ehtimal olunan oyunçu zədələnmələrinə yerində müdaxilə üçün həkimlər iştirak edəcəkdir. Oyun və ya məşq zamanı meydana gələcək xəstəlik və ya zədələr üçün təşkilatçı heç bir məsuliyyət daşımır. Bu kimi hallarda təşkilatçı tərəfindən çağırılmış həkim heyəti tərəfindən yalnız ilkin tibbi yardım göstərilə bilər.
8. Hakimlik
10.1 Turnirin oyunlarını AFFA-nın Hakimlər Komitəsi tərəfindən təyin edilmiş hakimlər idarə edəcək.
10.2 Komandalardan və ya digər şəxslərdən oyuna təyin olunmuş hakimlərin dəyişdirilməsi xahişi qəbul edilmir.
10.3 Hakimlərin oyunla əlaqəli hər hansı bir fakt və onun nəticəsi ilə bağlı qərarı, o cümlədən, intizam tənbehi tətbiq etmək, qol vurulması və ya vurulmaması saymaqla bağlı qərarı qətidir.
10.4 Hakimlər hər hansı bir xarici müdaxilə, əlverişsiz hava şəraiti, eləcə də futbolçuların və ya digər şəxslərin idmana zidd davranışlarına görə matçı dayandırmaq, təxirə salmaq və ya təşkilatçı ilə razılaşdırmaq şərtilə, ləğv etmək hüququna malikdirlər.
10.5 Komandalar tərəfindən hakimlərin dəyişdirilməsi ilə əlaqədar xahiş qəbul olunmur.
 
11. “II Bizon Student Cup” Turnirində hansı oyunçular iştirak edə bilər:   

11.1. “QOLAT Sport Service” MMC tərəfindən təşkil olunan “II Bizon Student Cup”-ın  əsas məqsədi Universitetlər arasında sosial və idman aktivliyini təmin etmək, tələbələrə sağlam həyat tərzini təbliğ etməkdir. Turnirin “Universitet” tələbələri arasında təşkil edilməsi və oyunçu qeydiyyatlarının tələbələr sırasından olması ən vacib məqamdır. Məhz buna görə də, hər bir komandası oyunçularını qeydiyyatdan keçirərkən, qeydiyyata alınan hər bir oyunçunun şəxsiyyət vəsiqəsi və tələbə biletini təqdim etməlidir.

Bundan başqa , turnir tamami ilə həvəskarlar arasında olduğu üçün aşağıda qeyd edilən liqalarda oynayan oyunçuları iştirakçı şirkətlər öz komanda heyyətinə daxil edə bilməzlər.

• Son 3 mövüm PFL bayrağı altında keçirilən peşəkar futbol turnirlərində oynamış oyunçular iştirak edə bilməz.
QEYD: Misli Premyer liqası,  I liqa(köhnə adı ilə I divizyon) və yeni yaranmış II liqa.
Mövsüm :  2021-2022, 2022-2023, 2023-2024

• Futzal YÜKSƏK LİQA’sında , son 3 mövsüm oynamış oyunçu iştirak edə bilməz.
Mövsüm:   2021-2022, 2022-2023, 2023-2024

• Çimərlik Futbolunda (liqasında) , son 3 mövsüm oynamış oyunçu iştirak edə bilməz.
Mövsüm : 2021-2022, 2022-2023,  2023-2024

• Əvəzedicilərdə oynamış (U 16 / U 17 / U 18 / U 19 liqasında) , son 3 mövsüm oynamış oyunçu iştirak edə bilməz. 
Mövsüm : 2021-2022, 2022-2023, 2023-2024

• Futzal 1-ci Dəstə, son 3 mövsüm oynamış oyunçu iştirak edə bilməz.
Mövsüm :  2021-2022, 2022-2023, 2023-2024 

“QOLAT Sport Service” MMC tərəfindən təşkil olunan turnirdə qeydiyyatdan keçirilmiş bütün oyunçuların təyin edilən reqlamentə əsasən yoxlanılacaq, bu yoxlama prosesi çempionatın başlama  tarixindən öncə olacaqdır, lakin çempionatın bitmə tarixinədək davam edə bilər. “QOLAT Sport Service” MMC olaraq, bütün iştirakçılara daha öncə qaydalara uyğun gəlməyən oyunçuların qeydiyyatdan keçirilməməsini bildirmişik, məhz buna görə də komanda “lipa” oyunçuları turnirdə oynadarsa komandaya tətbiq ediləcək cərimələrə görə məsuliyyəti  özü daşıyır.  Əgər hər hansı bir komandada reqlamentin pozulması aşkarlanarsa həmin komanda turnirdən bir başa uzaqlaşdırılacaq və qaydalardan daha öncə xəbərdar olmasına baxmayaraq bilərəkdən  turnirin gedişatına və “QOLAT Sport Service” MMC - nin xidmətinə verdiyi zərərə görə cərimə ödənişi tələb ediləcəkdir və eyni zamanda turnirə qoşulmaq üçün ödədiyi məbləğ geri qaytarılmayacaqdır.

12. Fors-major hallar

11.1 Kəskin hava şəraitində və ya meydançanın oyun üçün yararlı olmadığı hallarda təşkilatçı qurumun oyunu başqa tarixdə təşkil etmək hüququ vardır.
11.2 Oyunların keçirilməsi qabaqcadan görünə və qarşısı alına bilməyən  halların (fors-major halları: yanğın, pandemiya, sudaşqınları, zəlzələ, müharibə, hökümət qəraraları və aktları)  baş verməsinə görə tam və ya qismən mümkün deyilsə, təşkilatçı məsuliyyat daşımır. Bu halda oyunların keçirilmə vaxtı müvafiq fors-major  hallarının  davam etdiyi müddətə kimi təxirə salınır.
13. Geyim

13.1 Hər bir turnir iştirakçı komandasına , “II Bizon Student Cup”-a özəl dizaynlı futbol formaları təqdim ediləcəkdir və oyunlarda bu formalardan istifadə etmək zəruridir.
13.2 Oyunçular idman formaları və idman ayaqqabıları ilə oyuna çıxmalıdırlar, əks halda oyunlarda iştirak etməklərinə icazə verilməyəcəkdir.
13.3 Oyunçular stadiona butsu ilə, eləcə də, rəqibə və ya özünə təhlükə törədəcək; qolbağ, bilərzik, boyunbağı, saat, kəsici alətlər və s. kimi əşyalarla daxil olması  qadağandır. Oyun zamanı belə hala rast gəlinərsə oyunun hakimi tərəfindən oyunçuya və ümumilikdə komandaya cəza tətbiq ediləcəkdir.
14. Mübahisəli məsələlərə baxılması:
14.1 .“QOLAT Sport Service” MMC tərəfindən təşkil olunan “II Bizon Student Cup”  turnirində mübahisəli məsələlərə “QOLAT Təşkilatı Komitəsi” tərəfindən baxılacaqdır. Etiraz edən komanda müraciət ərizəsini 1 gün müddətində yazılı və imzalı şəkildə təşkilatçı quruma təqdim etməlidir. Təşkilatçı qurum isə 2 gün müddətində müraciətə cavab olaraq qərar verməlidir.
14.2. “II Bizon Student Cup” mini futbol turnirində qaydalara uyğun olmayan oyunçunu siyahıya daxil edən komandalarla mübahisəli məsələlər yaranarsa, “QOLAT Sport Service” MMC həmin komandaların işinə baxılması üçün “Arbitro” MMC şirkətinə müraciət edəcəkdir. “QOLAT Sport Service” MMC -nin təşkil etdiyi turnirə zərər verdiyi üçün həmin komandalar üçün cərimələr və turnirdən uzaqlaşdırma cəzası tətbiq olunacaq, eləcə də dəymiş zərərin ödənilməsi tələb oluna bilər. “II Bizon Student Cup” mini futbol turnirində “zərər” anlayışı dedikdə,reqalamentə uyğun olmayan oyunçuların heyyətə alınması nəzərdə tutulur.
15. Əsasnamədə dəyişikliklər :

15.1. Bu sənəddə qeyd olunan qaydalar çempionat zamanı əmələ gələn məcburi vəziyyətlər zamanı yenilənə və ya dəyişdirilə bilər. Sözügedən hallar internet səhifəmizdə və sosial şəbəkələrdə öncədən elan ediləcəkdir.
15.2. Eləcədə  çempionat başladıqdan sonra və davam etdiyi müddətdə “II Bizon Student Cup”-ın qaydalarındadəyişikliklər və düzəlişlər edilə bilər.
          16. Əsasnamədə istifadə edilən sözlər üçün izah:

16.1 Reqlament – turnirin ümumi əsasnaməsini nəzərdə tutur.
16.2. Protokol – hər oyun öncəsi komandanın həmin oyun üçün olan iştirakçı siyahısını nəzərdə tutur.
16.3. Penal – “II Bizon Student Cup ” mini futbol turnirində 6 metrdən vurulan zərbədir. Bir oyunçu tərəfindən vurulan və qarşısında tək maneə qapını qoruyan rəqib oyunçudur, yəni qapıçıdır.  
16.4. Zərər anlayışı – “II Bizon Student Cup” mini fubtol turnirində “zərər”  anlayışı əsasən reqalamentə uyğun olmayan oyunçuların heyyətə salınması nəzərdə tutulur və eyni zamanda ümumi qoyulan qaydaları pozaraq QOLAT Sport Service şirkətinə dəymiş ziyanı nəzərdə tutur.
Aşağıdakı imzamla təsdiq edirəm ki, Turnirin əsasnaməsini oxudum və  razıyam, eləcədə turnirdə iştirak etmək üçün mənim və kapitanı olduğum komandanın sağlamlığıyla əlaqəli heç bir problemi (narahatçılığı) yoxdur.


Son qeydiyyat tarixi : 2023-11-25

Çempionatın başlama tarixi : 2023-12-10

Komandaya qoşul