"Barselona" və "Qalatasaray" uduzdu, “Lion”dan darmadağın, "Bavariya" xal itirdi - İcmal

"Barselona" və "Qalatasaray" uduzdu, “Lion”dan darmadağın, "Bavariya" xal itirdi - İcmal

Almaniya Bundesliqasında 2019/20 mövsümünə start verilib.

Qolat.com-un məlumatına görə, I turun ilk oyun günündə bir matç keçirilib.

Yeganə görüş Münhendə baş tutub. Son çempion “Bavariya” evdə “Herta” ilə qarşılaşıb.

Meydan sahibləri hesabı açsalar da, ardınca iki qol buraxıblar. “Bavariya”nı məğlubiyyətdən Robert Levandovskinin ikinci qolu vuraraq dubla imza atması xilas edib.

Qeyd edək ki, turun digər oyunları avqustun 17-18-də keçiriləcək.

Fransa Liqa1-də II tura start verilib.

Tur Lionda başlayıb.

Şəhərin eyniadlı komandası “Anje”ni qəbul edib. Lionlular rəqibini darmadağına məruz qoyublar – 6:0. Mövsümdə ikinci böyükhesablı qələbə “Lion”u liderliyə daşıyıb.

Qeyd edək ki, tura avqustun 18-də yekun vurulacaq.

Türkiyə Super Liqasında 2019/20 mövsümünə start verilib.

Sayca 62-ci olan mövsümün açılış oyunu Dənizlidə baş tutub.

I turun ilk oyun günündə son çempion “Qalatasaray” səfərdə “Dənizlispor”la qarşılaşıb. Görüşün taleyi fasilədən sonra həll olunub. 

Düzdür, Fatih Terimin yetirmələri ilk yarıda hesabı açmağa yaxın olublar. Lakin Səlcuq İnan 29-cu dəqiqədə penaltidən yararlana bilməyib.

75-ci dəqiqədə istanbulluların qapısına yol tapan Recep Niyaz “Dənizlispor”u önə çıxarıb. Son dəqiqədə isə Huqo Rodalyeqa fərqi iki topa çatdırıb. 

Qeyd edək ki, turun digər görüşləri avqustun 17-19-da keçiriləcək.

İspaniya La Liqasında 2019/20 mövsümü start götürüb.

I turun ilk oyun günündə bir qarşılaşma keçirilib.

Son çempion “Barselona” “Atletik”lə görüşüb. Günün yeganə qarşılaşması Bilbaoda baş tutub. Matçda bir qol vurulub. Son dəqiqələrdə fərqlənən Arits Aduris meydan sahiblərinə üç xal qazandırıb. 

Qeyd edək ki, tura avqustun 18-də yekun vurulacaq.


Müəllif : Qolat.com

Şərhlər (0)

Həmçinin oxu

Dünya Futbolu
“Fənərbaxça” Avropa Liqası şansını qorudu, “Ankaragücü”ndən inamlı qələbə, Romada qalib müəyyənləşmədi - İcmal
“Fənərbaxça” Avropa Liqası şansını qorudu, “Ankaragücü”ndən inamlı qələbə, Romada qalib müəyyənləşmədi - İcmal
Türkiyə Super Liqasında XXXIII tur başa çatıb. Qolat.com-un məlumatına görə, turun son günündə iki oyun keçirilib. Səfərdə “Ərzurumspor”la qarşılaşan...
Dünya Futbolu
Britaniyalıların döyüşü bərabərliklə yekunlaşdı!
Britaniyalıların döyüşü bərabərliklə yekunlaşdı!
Avropa Çempionatının D qrupunda İngiltərə millisi ilə Şotlandiya millisi 0-0 bərabərliyə razılaşdılar. Bu oyundan sonra İngiltərə xallarının sayını 4-ə yüksəltdi, Şotlandiya isə qrupda ilk...
Dünya Futbolu
Polis Neymarın telefonunu müsadirə etdi
Polis Neymarın telefonunu müsadirə etdi
Braziliya polisi təcavüzdə günahlanıdırılan milli komandanın və PSJ-nin futbolçusu Neymarı məhkəməyə çağıraraq onun telefonunu müsadirə edib.  Qolat.com-un məlumatına...
Ölkə Futbolu
“Qarabağ” Miçellə müqaviləni yenilədi
“Qarabağ” Miçellə müqaviləni yenilədi
“Qarabağ” klubu futbolçusu Miçellə yeni müqavilə imzalayıb. Qolat.com-un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, müqaviləsi başa çatan ispaniyalı...