Millimiz darmadağın oldu

Millimiz darmadağın oldu

Millimiz darmadağın oldu

Azərbaycan millisi AVRO-2020-nin seçmə mərhələsində növbəti oyununu keçirib.

Qolat.com-un məlumatına görə, Nikola Yurçeviçin rəhbərlik etdiyi kollektiv bu dəfə Slovakiyanı qəbul edib.

"Bakcell Arena"da keçirilmiş qarşılaşma Azərbaycan yığmasının 1:5 hesablı məğlubiyyəti ilə yekunlaşıb.

Görüşdə hesab 8-ci dəqiqədə açılıb. Qonaqların heyətində Stanislav Lobotka komandasını önə keçirib. 27-ci dəqiqədə isə Yuray Kuçka cərimə zərbəsindən baxımlı qola imza atıb. Matçın 29-cu dəqiqəsində Ramil Şeydayev fərqlənməklə Azərbaycan millisini ümidləndirib. Qoldan bir dəqiqə sonra Slovakiyanın kapitanı Marek Hamşik fərqi yenidən artırıb. İlk hissə bu hesabla da başa çatıb. 57-ci dəqiqədə Hamşik özünün ikinci, komandasının 4-cü qolunu vurub. Bu da matçdakı sonuncu qol olmayıb. 85-ci dəqiqədə David Hançko Azərbaycan millisini 5-ci dəfə məyus edib.

Bu nəticədən sonra Slovakiya xallarının sayını 6-ya çatdırıb. Azərbaycanın isə 3 oyundan sıfır xalı var.


Müəllif : Qolat.com

Şərhlər (0)

Həmçinin oxu

Dünya Futbolu
Millətlər Liqasının qalibi Portuqaliya oldu
Millətlər Liqasının qalibi Portuqaliya oldu
UEFA-nın ilk dəfə təşkil etdiyi Millətlər Liqası turnirinə yekun vurulub. Qolat.com-un məlumatına görə, Portuqaliyada təşkil olunan final mərhələsində son iki oyun keçirilib. Öncə...
Ölkə Futbolu
“Neftçi” “Speranta”nı darmadağın etdi
“Neftçi” “Speranta”nı darmadağın etdi
İyulun 18-də UEFA Avropa Liqasının 2019-2020-ci il mövsümünün birinci təsnifat mərhələsi çərçivəsində “Neftçi” – “Speranta” baş...
Ölkə Futbolu
“Neftçi” kapitanıyla yollarını ayırdı
“Neftçi” kapitanıyla yollarını ayırdı
“Neftçi” klubu futbolçusu Ruslan Abışovla yollarını ayırıb. Klubdan Qolat.com-a verilən məlumata görə, 31 yaşlı müdafiəçi ilə müqaviləyə qarşılıqlı...
Dünya Futbolu
Neymar hansı kluba keçmək istəyir?
Neymar hansı kluba keçmək istəyir?
Braziliya millisinin futbolçusu Neymar yay fasiləsində PSJ klubunu tərk etməkdə qərarlıdır. Qolat.com-un məlumatına görə, hücumçu üçün prioritet variant sabiq klubu...