AVRO-2020: İspaniya və Polşadan 4-cü qələbə

AVRO-2020: İspaniya və Polşadan 4-cü qələbə

AVRO-2020: İspaniya və Polşadan 4-cü qələbə

Bu gün AVRO-2020-nin seçmə mərhələsində IV tura start verilib.

Qolat.com-un məlumatına görə, beş qrupda 12 qarşılaşma keçirilib.

A qrupunda Çexiya ardıcıl ikinci qələbəsini qazanıb. Bu dəfə rəqib Monteneqro olub. Kosovo isə məhsuldar keçən matçda Bolqarıstanı məğlub edib.

Ukrayna növbəti qələbəsi ilə B qrupundakı liderliyini möhkəmlədib. Lider ən yaxın izləyicisi Lüksemburqa qalib gəlib. Serbiya isə Litvanı məğlubiyyətə uğradıb.

D qrupunun lideri İrlandiya Cəbəllütariqlə ev oyununda çətin qələbə qazanıb. Gürcüstana qalib gələn Danimarka isə ikinci pilləyə yüksəlib.

Malta ilə qarşılaşan Rumıniya böyükhesablı qələbə ilə F qrupundakı durumunu yaxşılaşdırıb. İspaniya İsveçin müqavimətini ikinci hissədəki üç qolla ilə qırıb. Norveç isə Farer adaları ilə matçdan üç xalla ayrılıb.

İspaniya kimi Polşa da 4-cü qələbəsini ən yaxın izləyicisi üzərində qazanıb. Lakin polşalılar İsraili böyük hesabla yenib. Avstriya Makedoniyadan güclü olub. Sloveniya isə Latviya ilə görüşdə 5 cavabsız qol vurub.

Qeyd edək ki, IV tura iyunun 11-də keçiriləcək oyunlarla yekun vurulacaq.


Müəllif : Qolat.com

Şərhlər (0)

Həmçinin oxu

Ölkə Futbolu
"Sumqayıt"da yeni təyinat
"Sumqayıt" Futbol Klubunda növbəti təyinat reallaşıb. Qolat.com xəbər verir ki, bundan sonra Zamiq Hüseynov klubun İdman direktoru vəzifəsini icra edəcək. Qeyd edək ki, Zamiq...
Ölkə Futbolu
Azərbaycan kubokunda yarımfinalın ilk oyunlarının hakimləri müəyyənləşdi
Azərbaycan kubokunda yarımfinalın ilk oyunlarının hakimləri müəyyənləşdi
Futbol üzrə Azərbaycan kubokunda yarımfinal mərhələsinin ilk oyunları üçün bütün təyinatlar açıqlanıb. Qolat.com-un məlumatına görə, aprelin 23-də...
Dünya Futbolu
Ronaldo
Ronaldo "Real"dan ayrılmaq qərarı verdi
Çempionlar Liqasının finalında "Liverpul"a qalib gəldikləri oyundan sonra ayrılıq atəşini yandırıb yaxan Kriştiano Ronaldo barədə maraqlı iddia ortaya atılıb. Qolat.com xəbər verir...
Ölkə Futbolu
"Sumqayıt" iştirak ərizəsini PFL-ə təqdim etdi
“Sumqayıt” Topaz Premyer Liqasının ikinci yarısı üçün yeni sifariş ərizəsini PFL-ə göndərib.   Qolat.com xəbər verir ki, siyahıda 22 futbolçunun adı yer...